Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İranda etirazçılara atəş açıldı
  • “Dünən yaranan bir dövlət…” – Ərdoğandan şok Ermənistan açıqlaması
  • Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
  • Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edildi - SİYAHI
  • Tiflis yenə çalxalanır: Parlament binası önündə aksiya
  • Münaqişənin həlli üçün yeganə yol... - İlham Əliyev
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • 08 Haz 2018, 16:45   
        398
    Pulmonoloq dəhşətli FAKTLARI AÇIQLADI: "Son 20 ildə qadınlar..."
    Pulmonoloq dəhşətli FAKTLARI AÇIQLADI: "Son 20 ildə qadınlar..."

    Tütündən istifadə edilməsi bütün dövrlərdə ən böyük bəlalardan biri kimi qəbul olunub. Zaman keçsə, əsrlər ötsə də, bu gün də onun zərərli təsirinə məruz qalanlar həm özlərinin, həm də ətrafdakıların sağlamlığını təhlükə ilə üz-üzə qoyurlar.
    XEBERTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki,Azərbaycan Tibb Universiteti Tədris-Terapevtik Klinikasının pulmonologiya şöbəsinin müdiri Əlizamin Sadıqovun sözlərinə görə, Dünya Səhiyyə Təşkilatının ekspertlərinin araşdırmaları siqaret çəkənlərin demək olar ki, hamısının bu zərərli vərdişi yeniyetmə yaşında öyrənməyə başladıqlarını ortaya qoyub.

    "Bəzən yeniyetmə maraq və həvəs naminə bir neçə qullab vurduğu zərərli vərdişdən qurtulmaq üçün çox böyük əziyyət və zəhmət çəkir. Aparılan tədqiqatlar göstərir ki, valideynlərin, ictimaiyyətin və səhiyyə təşkilatlarının birgə səyi ilə siqaret çəkənlərin sayını il ərzində 25 faizə qədər azaltmaq mümkündür. Dünya əhalisinin təxminən 26 faizə qədəri, yəni 1,3 milyard nəfərə yaxını tütündən istifadə edir. Onlar il ərzində 500 milyard siqaret çəkir və ətrafdakıları passiv tütünçəkməyə məruz qoyur. Məsələ burasındadır ki, passiv siqaret çəkənlər də onlar kimi kardiovaskulyar, enfizema, sidik kisəsi, ağciyər, mədə xərçəngi kimi, bunlardan əlavə xroniki bronxit, mədə yarası və digər xəstəliklərə tutulurlar”, - o deyib.

    Qadınlar arasında siqaretçəkmə halları daha çox narahatlıq doğurur. Pulmonoloqun dediyinə görə, cəmiyyətdə qadınlar arasında bu sahədə artım tendensiyası müşahidə olunur. Son 20 ilin məlumatına əsasən kişilər arasında siqaretçəkmə 4 faiz azaldığı halda, qadınlar arasında 0,4 faiz artım var. Siqaretdən istifadəyə nə qədər tez başlanılırsa, onun fəlakətli nəticələri də o qədər ağır olur. Hamilə qadının siqaret çəkməsi dünyaya gələn körpədə çəki azlığı, fiziki inkişafdan qalma, astma xəstəliyi, respirator infeksiyalarının yüksək olma ehtimalını yaranır. Dünya alimləri belə bir qənaətə gəliblər ki, bətndaxili uşaq ölümünün birinci səbəbi hamilə qadının siqaret çəkməsidir. Yaxud valideynlərdən birinin siqaret çəkməsi tütünün təsirindən hətta 2-3 aylıq körpənin qəfləti ölümünə səbəb ola bilər.

    Pulmonoloq daha sonra deyib: “Siqaret tüstüsünün ilk targeti, başqa sözlə desək, hədəfi ağciyərlərdir. Yeniyetmə və gənclər arasında maarifləndirmə işi aparmaqla onları zərərli vərdişin təsirindən uzaqlaşdırmaq lazımdır. Siqaret çəkənlə həkimin apardığı 3 dəqiqəlik söhbət onlarda imtinaya motivasiyanı 25 faiz gücləndirir. Əslində isə bütün xəstəliklərin ilkin profilaktikası siqaretdən tam imtina etməkdən ibarətdir”.
    loading...