Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • 04 Haz 2018, 16:17   
        219
    İki gündə 3 fakt sınağa çəkildi - Millət vəkili

    İki gündə 3 fakt sınağa çəkildi - Millət vəkili

    Son iki gündə elektrik enerjisinin kəsilməsi ilə bağlı məsələlər hələ də cəmiyyətin ciddi müzakirə mövzusudur.

    XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, yəqin ki, Mingəçevirdəki yarımstansiyadakı yanğından irəli gələrək baş verənlər Azərbaycanda enerji sisteminin çökməsi hadisəsi kimi dəfələrlə istinad tarixi olacaq:

    "İki günün gedişatını Azərbaycanda üç faktorun - dövlətin, cəmiyyətin, hər bir kəsin sınağı hesab etmək olar. Müşahidə göstərir ki, hər üç faktor bu ağır və gözlənilməz sınaqdan uğurla çıxdı”.

    Millət vəkili vurğulayıb ki, heç bir dövlət texnogen hadisələrdən sığortalanmayıb və Azərbaycan da istisna deyil:

    "Ancaq dövlətin gücü həmin hadisəyə hazırlığı və onun fəsadlarını tez və səmərəli halda aradan qaldıra bilməsindədir. İndiyə qədər dövlətimizin güclənməsi istiqamətində görülən işlər bu hadisələrdə özünü göstərə bildi. Azərbaycanın dövlət strukturları enerji kəsiminə dərhal reaksiya verdilər. Yarımstansiyadakı mürəkkəb yanğın tez söndürüldü və bərpa işlərinə başlanıldı. Elektrik enerjisinin bərpası üçün işlər görüldü və mərhələ-mərhələ bütün ölkədə işıq bərpa edildi. Bütün bu işlər xaricdən kömək olmadan, öz daxili gücümüz hesabına həll edildi. Dövlət orqanları hadisə və onun aradan qaldırılması barədə cəmiyyətə mütəmadi məlumat verirdilər və cəmiyyət çaşqın qalmadı".

    Millət vəkili qeyd edib ki, Metropolitendə elektrik enerjisi kəsildikdə Bakı Nəqliyyat Agentliyinin avtobusları insanları ödənişsiz daşımağa başladılar:

    "Həmçinin səhiyyə və yanğından mühafizə sistemləri də istənilən fövqalədə vəziyyətə hazır idilər. Polis orqanları həmin situasiyada ictimai asayişi yüksək səviyyədə qorudular. Yol polisi yol hərəkətinin qəzasız təşklinə nail oldular".

    Millət vəkili bildirib ki, 3-4 iyul hadisələrinə cəmiyyətimiz yüksək hazırlığını ortya qoydu: "Sosial şəbəkələrdə panika yox idi, onu yaratmaq istəyənlərə qarşı isə çox sərt mövqe nümayiş etdirildi. İnsanlar öz dövlətinə, hakimiyyətə inamlarını göstərdilər. Onlar dövlətinin sınaqdan çıxacağına inanırdılar, hətta öz köməklərini də təklif edirdilər. Bu ağır sınaqdan hər kəs də üzüağ çıxdı. İnsanlar bir-biri ilə məlumatla bölüşürdülər, bir-birinə dəstək olurdular. Metropolitendə dünən elektrik enerjisi kəsiləndə insanlar metrostansiya çıxışların toplaşaraq o çıxanlara pulsuz su təklif edirdilər, dəstək olurdular. Bəzi kadrlarda isə insanların metro stansiyasına daxil olub oradan insanların təxliyyə edilməsinə kömək etdiyi görünür. Biz sınaqdan çıxa bildik".
    loading...