Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 27 May 2018, 22:28   
        662
    Bugünkü dəhşətli tıxac 20 gün davam edəcək – Rəsmi

    Bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunda böyük tıxaca səbəb olan Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində aparılan işlər hələ təxminən 1 aya qədər davam edəcək.

    Axar.az-a Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli sözügedən yolda aparılan işlərlə əlaqədar həmin istiqamət üzrə hərəkətin qismən məhdudlaşdırılması səbəbindən yaranan böyük tıxacdan danışarkən deyib.

    A.Nəcəfli bildirib ki, təmir hələ yeni başlayıb və mərhələləi şəkildə davam edəcək:

    "Təmir davam etdikcə hissə-hissə müəyyən məhdudlaşdırmalar olacaq. Hazırki mədudlaşma 2-3 gün çəkəcək. Ümumi yolda işlər 2 həftəyə qədər davam edəcək, yəni Avtovağzaldan Xırdalan dairəsinə kimi.

    Sonra isə əks istiqamətdə başlanılacaq. O da təxminən 2 həftə davam edəcək. Ümumilikdə 1 aydan bir qədər az müddətə tamamlanacaq. Təxminən 20 günə bütün işlər yekunlaşacaq”.

    Xatırladaq ki, bu gün gecədən başlayaraq, Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsinin asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işləri ilə əlaqədar yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılıb.

    Təmir işləri sözügedən hissədə birinci mərhələ üzrə yalnız sol 3 hərəkət zolağında aparılır, yəni sağ 3 hərəkət zolağı üzrə hərəkət dayandırılmayıb.

    Moskva prospektindən 20 Yanvar körpüsünə və tunelinə giriş məhdudlaşdırılmaqla, hərəkət prospektin yan yoluna, yəni 20 Yanvar dairəsi-Şamaxı yolu istiqamətinə yönəldilib.

    A.Nəcəfli bildirib ki, məhdudlaşdırmaya baxmayaraq, sürücülər 20 Yanvar dairəsi və Şamaxı yolundan istifadə etməklə, yenidən əsas yola çıxa bilər. Bundan başqa, Biləcəri enişindən istifadə etməklə "Delfin” otelin qarşısından da əsas yola çıxmaq imkanları var:

    "Bakı Dairəvi-1 avtomobil yolu ilə hərəkətdə olan sürücülər də əvvəlki qaydada maneəsiz olaraq Bakı-Sumqayıt yoluna çıxırlar. Sürücülərdən sözügedən hissədə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan (Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Binəqədi-Novxanı-Corat avtomobil yolları) istifadə etmələri tövsiyyə olunur”.

    A.Nəfəflinin sözlərinə, təmir işlərinə uyğun olaraq növbəti mərhələlər çərçivəsində baş tutacaq məhdudiyyətlər barədə öncədən ictimaiyyətə ətraflı məlumatlar veriləcək.
    loading...