Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • 22 May 2018, 16:07   
        1 247
    Bakıda eyvanlardan paltar asmaq qadağan edildi

    Bakıda eyvanlardan paltar asmaq qadağan edildi

    Bakının Nərimanov rayon İcra Hakimiyyəti rayon sakinlərindən balkonlardan paltarların qurudulması üçün çəkdikləri zivələri yığışdırmağı tələb edib.

    Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri Hüseyn Cəfərov "Sputnik Azərbaycan"a bildirib ki, həmin tələb mərkəzi prospektlərdə yerləşən binaların sakinlərinə aiddir.

    Cəfərovun sözlərinə görə, balkonlardan qurudulmaq üçün asılmış paltarlar estetik görünmür. Şəhərdə isə turistlər dolaşır və onların sayı günbəgün artır. Ona görə də İcra Hakimiyyəti müntəzəm olaraq sakinlərdən paltar qurutmaq üçün çəkdikləri zivələri balkonlardan ləğv etməyi xahiş edir.

    "Yəqin razılaşarsız ki, küçənin ortasında eybəcər borulardan sallanan və üzərinə alt paltarından tutmuş müxtəlif geyimlərin asıldığı zivələr çox eybəcər görünür" — deyə Cəfərov İH-nın sözügedən tələbinin səbəbini izah edərkən deyib.

    Onun sözlərinə görə, sakinlərə paltar zivələrinin əvəzinə balkonlardan görünməyən alternativ paltar quruducularından istifadə tövsiyə edilir. Yaxud da paltarları içəri həyətlərdəki zivələrdə qurutmaq olar.

    "Satışda paltar qurutmaq üçün xüsusi standart asılqanlar var. Eyni zamanda müasir paltaryuyan maşınlar o qədər təkmilləşdirilib ki, onlar həm paltarı yuyur, həm də qurudurlar. Onlardan da istifadə etmək mümkündür. Yəni çıxış yolu çoxdur. Avropada necə edirlərsə, bizdə də elə etmək mümkündür." — deyə rayon administrasiyasının nümayəndəsi bildirib.

    Yeri gəlmişkən, əgər kimsə İH-nın tələbini yerinə yetirməsə, onun qanunlarla problemi yarana bilər. Belə hallarda sakinlərin qapılarını sahə polisinin əməkdaşları döyəcək.
    loading...