Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik”
  • SON DƏQİQƏ: Tarif Şurası qaz və suyun qiymtini qaldırdı? – İşığın 1 kilovat saatı isə 16 qəpik
  • ABŞ-dan xəbərdarlıq: Gəncəni qoruyun
  • İlham Əliyev Dünya çempionatının açılış mərasimində
  • Azərbaycanda enerji qiymətləri 2 dəfə qaldırılır - Tarif Şurasına MÜRACİƏT OLUNDU
  • Müşfiq Cabiroğlu son mənzilə yola salınıb
  • Marsda həyat izi aşkarlandı
  • Alimlərdən şok açıqlama: Ay uzaqlaşır, gün uzanır
  • Günün ulduz falı: 6 iyun, 2018
  • Optik eynəklərin satış qaydaları dəyişdirilir
  • İyulun 1-dən şəbəkə istifadəçiləri vergi verəcək
  • Azərbaycan-Rusiya sərhədində əməliyyat başladı
  • Azərbaycanda pensiya yaşı artırıldı - Görün neçə oldu. DİQQƏT, YENİ QAYDALAR
  • Erməni kəşfiyyatçı: Azərbaycan Ermənistanı iki böləcək
  • SON DƏQİQƏ: Ərdoğanın iqamətgahına HÜCUM ANI: Görüntülər yayıldı - VİDEO
  • Prezidentdən Messiyə şok təhdid: Əgər Qüdsə gəlsən...
  • Yeri hansı ölçüdə asteroid dağıda bilər - ALİMLƏRDƏN DƏQİQ CAVAB
  • İftar vaxtı restoranın ortası çökdü – Video
  • Artıq insanlar barmaq izindən deyil, yerişindən TANINACAQ
  • Geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
  • Ermənilər biryaşlı qızımızı gözümüzün qabağında güllələdilər _ŞƏHİDİM(3)
  • ABŞ çaşbaşdır: Diktatorla görüş olacaqmı?
  • “WhatsApp”da çoxdan gözlənilən funksiya istifadəyə verildi
  • “Hell Azərbaycan”dan zəhərlənən turistlə bağlı AÇIQLAMA - YENİLƏNİB
  • 23 yaşlı azərbaycanlı xanım 6 övlad dünyaya gətirdi
  • 12 Haz 2018, 16:41   
        181
    Bakıda “ölüm maddəsi”: Bundan istifadə etməyinBakıda “ölüm maddəsi”: Bundan istifadə etməyin

    Bakıda “ölüm maddəsi”: Bundan istifadə etməyin

    Bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin plastik qablarla bağlı açıqladığı qorxulu statistika artıq Azərbaycanda həyəcan siqnalı çalınmasına səbəb olub. İnsan bədəninə daxil olan toksin maddələrin 80 faizinin bu plastik qablardan keçməsi və buna görə artıq 40 ölkədə plastik qabların istifadəsinin qadağan edilməsi nazirliyi hərəkətə keçirib. Metrolarda və ictimai nəqliyyatlarda təbliğat başlayıb. Bildirilir ki, hər il Azərbaycanda 3 milyon ton plastik zibil yaranır. İnsanlar plastik qablardan imtinaya çağırılır.

    Bəs görəsən, bu kampaniyalardan sonra Azərbaycanda plastik qabların istifadəsinin rəsmən məhdudlaşdırılması gözlənilirmi?

    XEBERTV.AZ xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən tibb eksperti Adil Qeybulla bildirib ki, bu qabların birdəfəlik məhdudlaşdırılması hazırda bütün dünyada müzakirə edilir:

    “Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən irəli sürülən plastik qablardan imtina məsələsi uzun müddətdir müzakirə edilir. Düzdür, konkret ortaya fundamental elmi tədqiqat işlərinin nəticələri qoyulmayıb. Bu qabların 2020-ci ildə istifadədən yığışdırılacağı deyilir. Bir çox Avropa ölkəsi buna qadağa qoyduqdan sonra Azərbaycanda da belə qadağanın olması mümkündür. Plastik qablar insan səhhəti üçün çox zərərlidir. Onların xərçəngtörədici təsiri ilə bağlı müəyyən statistik məlumatlar var.

    Azərbaycan çox da böyük olmayan ölkədir. Hesab edirəm ki, bu qabları şüşə qab ilə əvəz etmək daha məqsədəuyğun olar. Sağlamlığımız üçün plastik qablardan istifadə etməməliyik”.

    A.Qeybulla bu qabların insanlarla yanaşı, suda yaşayan heyvanlara və bitkilərə də mənfi təsir etdiyini bildirib:

    “Plastik qablar torpaqda çürümür, suda həll olunmur. Sahilyanı ölkələr bu tullantıları okeanlara atırlar. Hazırda sakit okeandakı plastik qabların tullantılarını təmizləmək üçün onilliklər lazımdır. Bu həm də dəniz və okeanlarda olan flora-faunaya mənfi təsir edir”.

    Qeyd edək ki, ABŞ-ın bəzi ştatlarında, Danimarkada plastik qablardan istifadə qadağan edilib. Latviyada plastik torbaların istifadəsi və satışı, Rusiyada pivələrin plastik qablara doldurulması yasaqlanıb. Fransa və bir çox Avropa ölkəsi isə 2020-ci ildən bu qabların istifadəsinə birdəfəlik qadağa qoyacağını açıqlayıb.
    loading...