Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Cinayətləri azaltmağın yolu həbsxanaları çoxaltmaq deyil
  • “Instagram”dan yenilik – VİDEO
  • Adlar və soyadlar ilə bağlı qanun layihələrinin taleyi necə olacaq?
  • Yollarda ölümə səbəb olan arakəsmələr - Video
  • Azərbaycanla sərhəddə dəhşətli virus: 3 nəfər öldü
  • Quranın qanunları ilə yaşayan ölkə - Şok nəticə
  • "​1 milyon kişi ilə YATDIM" - Xeyriyyəçi qadın illər sonra ETİRAF ETDİ
  • Vacib tövsiyyələr: İldırımdan necə qorunmalı? – Video
  • Şəkidə çobanı ildırım vurdu
  • Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik”
  • SON DƏQİQƏ: Tarif Şurası qaz və suyun qiymtini qaldırdı? – İşığın 1 kilovat saatı isə 16 qəpik
  • ABŞ-dan xəbərdarlıq: Gəncəni qoruyun
  • İlham Əliyev Dünya çempionatının açılış mərasimində
  • Azərbaycanda enerji qiymətləri 2 dəfə qaldırılır - Tarif Şurasına MÜRACİƏT OLUNDU
  • Müşfiq Cabiroğlu son mənzilə yola salınıb
  • Marsda həyat izi aşkarlandı
  • Alimlərdən şok açıqlama: Ay uzaqlaşır, gün uzanır
  • Günün ulduz falı: 6 iyun, 2018
  • Optik eynəklərin satış qaydaları dəyişdirilir
  • İyulun 1-dən şəbəkə istifadəçiləri vergi verəcək
  • Azərbaycan-Rusiya sərhədində əməliyyat başladı
  • Azərbaycanda pensiya yaşı artırıldı - Görün neçə oldu. DİQQƏT, YENİ QAYDALAR
  • Erməni kəşfiyyatçı: Azərbaycan Ermənistanı iki böləcək
  • SON DƏQİQƏ: Ərdoğanın iqamətgahına HÜCUM ANI: Görüntülər yayıldı - VİDEO
  • Prezidentdən Messiyə şok təhdid: Əgər Qüdsə gəlsən...
  • 23 May 2018, 07:03   
        364
    Tək oğlan övladlarının cəbhə bölgəsinə göndərilməməsinə RƏSMİ CAVAB

    Tək oğlan övladlarının cəbhə bölgəsinə göndərilməməsinə RƏSMİ CAVAB
    "Hərbi çağırışa möhlət hüququ olmayan Azərbaycan Respublikasının hər bir vətəndaşı ailə tərkibindən, özünün və valideynlərinin cəmiyyətdəki mövqeyi və nüfuzundan, o cümlədən tutduğu vəzifədən asılı olmayaraq, hərbi xidmətə çağırılır və bundan qürur duyur".
    XEBERTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı son günlər ailələrin tək oğlan övladlarının hərbi xidmətə çağırılmamaları, həmçinin ön xətt bölmələrində xidmətə cəlb edilməmələri barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirərkən deyib.

    “Eyni zamanda, ailənin tək oğlan övladları da hərbi xidmətə çağırılır və müxtəlif istiqamətlərdə, xidmət sahələrində öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Ordumuzda xidmət edən gənclərin hansısa təbəqələrə bölünməsi kimi ziyanlı tendensiya mövcud deyil və düşünürəm ki, belə bir addımın atılması da xoşagəlməz hal kimi dəyərləndirilir. Unutmayaq ki, belə söhbətlərin yayılması vətəndaşlar arasında çaşqınlığın və narazılığın yaranmasına səbəb ola bilər. Bu isə şübhəsiz ki, Ermənistan xüsusi xidmət orqanlarının məqsədlərinə yarayan bir məsələdir. Bunu nəzərə alaraq hesab edirəm ki, bu gün belə bir mövzunun ortaya atılması ziyanlıdır, yolverilməzdir və düşmənin planları ilə üst-üstə düşür”, - o qeyd edib.

    V.Dərgahlı qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla hərbi xidmətə çağırışla bağlı digər möhlət hüquqlarından bəhs etmək cəbhədəki vəziyyəti tam qiymətləndirməmək deməkdir: "Çünki ordumuzun qarşısında ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs və şərəfli vəzifə durur. Bu gün ordumuzun sıralarında ailələrin tək övladı olan zabitlərimiz, gizirlərimiz və hərbi xidmətə könüllü surətdə gələn müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçuları vardır və onlar vəzifələrinin öhdəsindən şərəflə gəlirlər. Onların əksəriyyəti ön xətt bölmələrində, düşmənlə üzbəüz mövqelərdə xidmət edirlər. Ancaq belə müzakirələrə qoşulanların məntiqi ilə hərəkət etmiş olsaq, onda gərək çağırışçılarla bərabər yuxarıda sadaladığım kateqoriyadan olan ailənin tək oğlan övladlarının da ordumuzda xidmətə cəlb edilməsinin qarşısı alınsın. Bu isə ölkəmizin müdafiə qüdrətinə vurulan zərbə kimi qiymətləndirilməlidir”.
    loading...