Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • Arizona ştatı COVID-19 səbəbi ilə yenidən karantinə qayıtdı
  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı
  • ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq - Dodaquçuqladan rəqəm
  • Cərimələr bu şəxslərə görə artırıldı – DYP
  • Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR: 1 iyuldan başlayaraq...
  • ABŞ pandemiyaya məhəl qoymayaraq, iqtisadi sahələri açır
  • Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım edib
  • Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR
  • “ÜST böyük səhv buraxıb” - İsveç
  • Yeni doğulan təpəgöz quzunu Dəccalla müqayisə etdilər
  • Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi
  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı belə təbrik etdi
  • Düşmən təmas xəttində müşahidə kameralarının quraşdırılması görüntülərini yaydı– HƏYASIZ ETİRAF...
  • İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Ermənistan Azərbaycanda xərçəng xəstəliyini yayır
  • Turistin açıq kosmosa çıxması ilə bağlı ilk müqavilə imzalandı
  • Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ
  • SON DƏQİQƏ: Azərbaycanda yanğın başladı
  • Milli Məclis QHT haqqında qanunu qəbul etdi
  • Prezident son nöqtəni qoydu: Koronavirus yoxa çıxmayacaq...
  • 10 Mayıs 2018, 18:42   
        726
     Rizvan Qasımov kimi ləyaqətli oğulların qədrin bilin!

    Rizvan Qasımov kimi ləyaqətli oğulların qədrin bilin!

    Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyi Qarabağ Regional Departamentinin sədri Rizvan Əkbər oğlu Qasımovun 50 yaşı tamam olur.Rizvan respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında qardaşı Qulamla birgə və könüllü olaraq iştirak edib.1993-cü il dekabrın 28-dən 29-una keçən gecə Kəlbəcər istiqamətində gedən qanlı döyüşlərdən birində, Meydançay əməliyyatı zamanı Gəray Əsədovun rəhbərlik etdiyi Taborun 86 döyüşçüsü düşmənə arxadan ağır zərbə vuraraq 100-dən çox silahlı erməni terrorçusunu məhv edib.Azərbaycanlı döyüşçülər tərəfdən 1 şəhid olub:Kəlbəcərli döyüşçü Rəfi Aydınov.Sabiq Briqada komandiri xatirələrində yazır ki, sübh tezdən meyidlərin çoxluğundan ağır döyüş əməliyyatı olan əraziyə çox çətinliklə daxil oldum.
    1994-cü il yanvarın 18-də növbəti döyüşlərdən birində Rizvan Qasımov ağır yaralanıb,Bakıdakı Mərkəzi Kliniki Hospitala göndərilib.Ondan az sonra yeganə qardaşı Qulam şəhid olub.38 gün sonra Müdafiə Nazirliyinin Bakıdakı Mərkəzi hospitalında müalicəsini başa vurub geri qayıdan R.Qasımov evlərinə çatan zaman qardaşının məhz həmin döyüşdə şəhid olduğu haqda məlumat alıb.
    Onun komandirləri-polkovnik Valeh Rəfiyev,mayor Gəray Əsədov və digər döyüşçülər təsdiqləyir ki Rizvan Qasımov Azərbaycanın Milli Qəhrəmanı adını almağa çoxdan layiqdir. Təəssüflər olsun ki, Azərbaycan tamaşaçısı,Azərbaycan əhalisi Gəray Əsədov, Rizvan Qasımov, Camal Canbaxışov, Azər Əliyev, Aqşin Əlizadə,Nofəl Həsənli,Şahvələd Məmmədov, İbad Vəliyev (Kəlbəcər rayonunun Qanlı kənd sakini)...kimi düşmənə qan udduran qeyrətli oğulları tanımır.
    Yubileyin mübarək olsun,dəyərli Qazi qardaşım Rizvan Qasimov!
    Hörmətlə,
    Shamil Sabiroğlu,
    "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri.
    Bakı,10.05.2018.
    loading...