Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
  • DSX Keşikçidağdakı vəziyyət barədə məlumat yaydı
  • Deputat seçicilərinə müraciət etdi
  • Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • 08 Mayıs 2018, 06:44   
        407
     Pullu yolun istifadəyə veriləcəyi tarix açıqlandı

    Pullu yolun istifadəyə veriləcəyi tarix açıqlandı



    Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun inşası işləri bu ilin yay aylarında yekunlaşacaq.
    Bizimyol.info xəbər verir ki, bu barədə Trend-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

    Qurum rəsmisi bildirib ki, artıq həmin yolun böyük hissəsində işlər tam yekunlaşıb: “İran sərhədinə qədər uzanacaq yolun kənarlarında maneələrin qarşısını almaq məqsədilə çəpərlənmə işləri də aparılıb. Hazırkı Ələt-Astara yoluna paralel olaraq çəkilən yeni yol məsafəni də xeyli azaldacaq. Yeni yolun pullu olması nəzərdə tutulur”.

    A.Nəcəfli bildirib ki, tikinti işləri sürətlə davam etdirilir: “Artıq yolun böyük hissəsində işlər tam yekunlaşıb. Bir neçə hissə üzrə inşa olunan yolun 30 kilometrlik Şorsulu-Cəlilabad hissəsində son tamamlama işləri aparılır. Ümumilikdə yolun iyul-avqust aylarında istifadəyə verilməsi nəzərdə tutulub”.

    O əlavə edib ki, ümumi uzunluğu 204 kilometr olan yol 2 gediş və 2 gəliş zolağından ibarət olacaq: “Yol boyu hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə çəpərləmə işləri aparılıb. Bu məqsədlə yolun 55 əsas kənd və qəsəbədən keçən hissəsində körpü və birləşmələr inşa edilib”.

    Qeyd edək ki, hazırda mövcud olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. Avtomobil yolları dövlət agentliyi tərəfindən tikintisi aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 39 kilometr azalaraq 204 km-ə düşəcək.
    loading...