Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda bir ilk: Deputat seçiciləri üçün şəxsi elektron kabinet yaratdı– VİDEO təqdimat
  • Telefonunuzdan təcili silməli olduğunuz 30 tətbiq – SİYAHI
  • Vanqanın 2020-ci il Proqnozları-VİDEO
  • “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
  • Həftənin ilk iş günü HAVA necə olacaq? - PROQNOZ
  • İlham Əliyev Şəhidlər xiyabanında
  • 20 Yanvar faciəsindən 30 il ötür
  • "Nuhun gəmisi"ndə fəlakət: Dünya HƏYƏCANLA İZLƏYİR (FOTO)
  • Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir
  • Sabah bu ərazilərə qar yağacaq
  • NASA-dan XƏBƏRDARLIQ - Bu gün saat 18:30-da...
  • “Səs versələr də, verməsələr də mən seçiləcəyəm”
  • Rəşid Mahmudov: Belə ziyalı, məmur nakişidir – VİDEO
  • Erməniləri Qarabağda gücləndirən Sara kimdir?
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • Türkiyə Parlamentində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verilib
  • Yağış, qar yağacaq, 8 dərəcə şaxta olacaq
  • Azərbaycan Prezidenti: Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir
  • Dünya yaranan gündən can alan Əzrailin ürəyi yandığı yeganə 2 şəxs kim idi?…
  • “Rusiyanın kərə yağı” adı ilə zəhər satırlar: Bu cinayət yox, soyqırımdır - SOS
  • Günəş sisteminin əsas sirri açılıb
  • Heydər Əliyev yanımdan keçəndə dedi ki... - Yusifzadə
  • Sahil Babayev: "On iki min şəhidimizin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş edilib"
  • İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb
  • Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir
  • 20 Nis 2018, 23:17   
        385
    Yeni istifadəyə verilən 3 yol dağıldı – Səbəb

    Yeni istifadəyə verilən 3 yol dağıldı – Səbəb

    Şamaxı rayonunda yeni istifadəyə verilən daha iki yol torpaq sürüşməsi nəticəsində dağılaraq təhlükəli vəziyyətə düşüb.

    APA-nın xəbərinə görə rayon mərkəzindən 25 kilometr aralıda yerləşən Quşçu-Çaylı yolunun 3-cü kilometrliyində asfalt örtüyü 3 metr dərinliyə çökərək yolun bir hərəkət hissəsinin bağlanmasına səbəb olub.

    Yolun kənarındakı yol hərəkəti nişanları da aşaraq dərəyə yuvarlanıb. Kəndlərə gedən yolun sağ tərəfi də sürüşməyə məruz qalıb. Dağlardan sürüşüb gələn torpaq kütləsi yola doğru hərəkət edir. Hazırda yolun bir hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, digər tərəfi isə dağdan gələn torpaq nəticəsində qabarıb.

    Yerli sakinlər İlham Heybətov, Kəmaləddin Əliyev, Təbib Rəhimov bildirib ki, sürüşmə aktivdir və hər gün torpaq kütləsi 10-15 santimetr sürüşür. Onların sözlərinə görə əgər bunun qarşısı tezliklə alınmazsa yol qısa vaxtda tamamilə dağılaraq yararsız vəziyyətə düşəcək, avtomobillərin hərəkəti məhdudlaşacaq. Yolun bəzi hissələrində asfalt örtüyü 25-30 santimetr qabarıb ki, bu da sürücülər üçün təhlükə yaradır. Əsasən də dumanlı havada və axşam saatlarında bu yoldan istifadə edən sürücülər çətinliklərlə üzləşirlər. Yerli sakinlərin sözlərinə görə sürüşməyə məruz qalan bu yolda təhlükədən xəbər verən yol nişanlarının olmaması kəndlərə qonaq gələn sürücülərin qəza törətməsinə səbəb olur.

    Bundan əlavə yenidən qurularaq bu yaxınlarda istifadəyə verilən Şamaxı-Göylər-Padarçöl yolunda da torpaq sürüşməsi baş verib, yolun bir neçə hissəsi dağılıb. Şamaxı-Göylər Padarçöl yolunun 19-20 kilometrliyində asfalt örtüyündə çökmələr və yolun ortasında iri çatlar əmələ gəlib. Yoldan hər gün istifadə edən sürücülər çətinliklərlə üzləşirlər. Uzunluğu 54 kilometr olan Şamaxı-Göylər-Padarçöl avtomobil yolunun 7 hissəsində sürüşmə qeydə alınıb. Yerli sakinlərin və sürücülərin sözlərinə görə yolun çökməsinə səbəb son günlər yağan intesiv yağışlarla yanaşı yolda hərəkət edən iri tonnajlı avtomobillərdi. Sürücülər uzun illər Şamaxı-Göylər-Padarçöl yolunun yenidənqurulmasını həsrətlə gözlədiklərini, yolsuzluq səbəbindən çox əziyyət çəkdiklərini, hazırda isə rahat yolun istifadəyə verilməsinə baxmayaraq ağır tonnajlı avtomobillərin sürüşmə zonalarından keçməsi səbəbindən yolun qısa vaxtda dağılmasına səbəb olduğunu deyirlər. Rayon sakinləri aidiyyəti qurumlardan bu yolun dağılmaması üçün yük avtomobillərinə və torpaq sürüşməsinə nəzarətin artırılmasını istəyirlər. Şamaxı-Göylər-Padarçöl yolundakı bu problemlə əlaqədar artıq aidiyyatı qurumların əməkdaşları əraziyə cəlb olunub, iş aparılır. Çökməyə məruz qalan hissələr doldurularaq üzərindən yeni asfalt örtüyü vurulur.

    Qeyd edək ki, 6 ay öncə yenidənqurmadan sonra istifadəyə verilən Şamaxı-Pirqulu-Dəmirçi avtomobil yolunun asfalt örtüyündə də iri çatlar və çökmələr əmələ gəlib, təhlükəli vəziyyət yaranıb. Pirqulu-Dəmirçi yolunun 3-cü kilometrliyində asfalt örtüyü ortadan bölünərək iki hissəyə ayrılıb. Üç kəndi birləşdirən və turizm əhəmiyyətli bu yolda ilk dəfədir ki, torpaq sürüşməsi baş verib. Torpaq sürüşməsi yolun 3 hissəsində qeydə alınıb. Yerli sakinlərin sözlərinə görə, çatlar hər gün genişlənir, çökmələr böyüyür.
    loading...