Xəbər lenti
Axtar
Ən çox oxunan
  • "Sarkisyan əlləri qandallı Azərbaycan məhkəməsinə gətiriləcək" - ŞƏRH
  • Azərbaycan Ermənistanı QORXUYA SALDI - İrəvan rəhbərliyi TƏCİLİ TOPLANDI
  • Hamilə qalmaq istəyənlər şəkərli içkilərdən uzaq dursun – ŞOK ARAŞDIRMA
  • Kişilərə özəl: İdeal seks üçün yataqda 10 QIZIL QAYDA
  • Ermənilər Azərbaycan mahnısı ilə bayram edir - Video
  • SON DƏQİQƏ: Cavid Qurbanov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı TƏYİN OLUNDU
  • Vanqanın yeni öncəgörməsi yayıldı – Dünyanın tək lideri bu ölkə olacaq
  • Qarabağın yeni görüntüləri yayıldı - Video
  • Yer altında cəhənnəm səsləri - DƏHŞƏTLİ SƏS YAZISI
  • Nazirlər Kabinetinin YENİ TƏRKİBİ təsdiqləndi - VİDEO
  • Komitə ləğv edildi: səlahiyyətləri bölüşdürüldü - Video
  • Daha 20 yüksək post prezident sərəncamını gözləyir - SİYAHI...
  • Azərbaycanın baş nazirləri - Siyahı
  • Hacıbala Abutalıbov yola salınır - EKSKLÜZİV
  • Prezident Komitəni ləğv etdi
  • Ermənistan bir neçə hissəyə parçalanacaq... – Ssenari
  • Azərbaycan prezidenti ilk rəsmi səfərini Türkiyəyə edəcək
  • Prezident andiçmədən sonra ilk ora getdi - Foto
  • DİQQƏT! Xaricdən gələn zənglər təhlükəlidir! -
  • KİV-ə BU HALDA senzura və məhdudiyyət qoyula bilər - LAYİHƏ
  • "Votsap"da NÖVBƏTİ YENİLİK - Bundan sonra şəkillər...
  • Qarğalar ölülərini belə "dəfn" edir
  • III Dünya müharibəsi gözlənilir – General
  • Prezident İlham Əliyev xalqa müraciət etdi - Video
  • "Feysbuk" məhdudiyyətlər qoyacaq
  • 16 Nis 2018, 07:28   
        130
    Binəqədidə akademik Zərifə Əliyevanın xatirəsi yad edilib - FOTO

    Binəqədidə akademik Zərifə Əliyevanın xatirəsi yad edilib - FOTO
    Binəqədi rayonunda Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.

    XEBERTV.AZ Trend-ə istinadən xəbər verir ki, ilk öncə Binəqədi rayonunun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadın rayonun 6-cı mikrorayon ərazisində yerləşən Zərifə Əliyeva parkına gələrək görkəmli oftolmoloq-alimin abidəsini ziyarət edib və abidə önünə gül dəstələri qoyublar.

    Yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşən Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb.


    Anım mərasimində Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əvvəlcə alimin xatirəsini bir dəqiqəlik sükutla yad edib, daha sonra bildirib ki, Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Xatirə günündə bir daha qeyd olundu ki, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Zərifə Əliyevanın məşhur alim, istedalı insan olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, eyni zamanda qayğıkeş ana olduğu vurğulanıb. Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür-gün yaşayan Zərifə Əliyevanın əziz xatirəsinin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyi qəlblərdə əbədi yaşayacağı vurğulanıb.
    loading...