Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • Xocalı soyqırımı ilə bağlı yeni şəkillər yayıldı - FOTO
  • Cəhənnəmə düşənlərin əksəriyyəti qadınlardır? - Hacı Şahin CAVAB VERDİ
  • “WhatsApp” bəzi istifadəçiləri ilə vidalaşacaq
  • Öz adınızı Marsa göndəriləcək mikrocipə yaza bilərsiniz - NASA təklif edir
  • Moskvada 20 min insan Putinə səsləndi: Azad et!
  • İstanbulu yerlə-yeksan edəcək dəhşətli zəlzələ gəlir - Alimlərdən ŞOK PROQNOZ
  • Ən ağır neytron ulduz müəyyən edildi - Nəzəriyyə alt-üst oldu
  • Zamirə Hacıyeva haqda London məhkəməsi qərar verdi
  • Rəsədxanadan qorxulu açıqlama: Böyük zəlzələ olacaq
  • Gələn ildən Ermənistanda uşağın doğulmasına görə müavinət 600 dollardan çox olacaq...
  • İnsanın öldürülmə vaxtını təyin edən alət tapıldı
  • 15 Mar 2018, 08:17   
        326
    Azərbaycanda tələbələr universiteti 4 ildən tez də bitirə bilərlər – RƏSMİ

    Azərbaycan ali təhsil siyasəti universitetlərdə tətbiq olunan Boloniya sistemi ilə yürüdülür. Bu sistem tələbəyə əvvəlki sistemdən fərqli olaraq daha geniş imkanlar və sərbəstlik verir. Boloniya sisteminə görə, tələbə universitetdə məcburi saxlanılmır. O, istənilən vaxt mühazirələrə gələ bilər, ən əsası keçilən dərs barədə məlumatları oxuduğu fakultədən elektron variantda götürə və semestr sonu gəlib imtahanını verə bilər.
    Universiteti 4 ildən tez bitirmək faktı da Boloniya sisteminin prinsiplərindən biri hesab edilir.

    Bəs görəsən universiteti 4 ildən tez bitirmək təcrübəsi yerli ali təhsil ocaqlarında tətbiq olunurmu?

    Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, Boloniya sisteminin prinsiplərinə uyğun olaraq tələbə universiteti 4 ildən tez bitirə bilər.

    “Azərbaycan ali mətəblərini 4 ildən tez bitirməklə bağlı təcrübə var. Hər bir gənc əgər özündə bu gücü hiss edirsə, universiteti 4 ildən tez bitirə bilər. Səhv etmirəmsə, ötən il və ya ondan öncəki il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi universiteti 3 il yarım müddətinə bitirərək məzun olub”.

    “Universiteti vaxtından tez bitirənlər hərbi xidmətə yollana bilərmi” sualına isə Təhsil Nazirliyinin rəsmisi belə cavab verib:

    “Universiteti vaxtından əvvəl bitirən şəxs haqqında məlumat həmin şəxsin universiteti bitirməsi ilə bağlı müvafiq komissiyanın əmri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilir. Daha sonra isə həmin şəxsə vətən qarşısında öz borcunu yerinə yetirməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən çağırış vərəqəsi göndərilə bilər”.
    loading...