Xəbər lenti
Axtar
10 Mar 2018, 04:42   
    864
Mətbuat Şurasının Nizamnaməsinə dəyişiklik edilib

Bakı. 10 mart. XEBERTV.AZ

Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə İdarə Heyətinin üzvlərinin genişləndirilməsi ilə bağlı dəyişiklik edilib.

“Report”un xəbərinə görə, bu barədə Şuranın VII qurultayında qərar qəbul olunub.

Dəyişikliklə Şuranın 11 jurnalistdən, 7 ictimaiyyət nümayəndəsindən və 5 internet informasiya resursu təmsilçisindən ibarət İdarə Heyəti formalaşacaq. Beləliklə, İdarə Heyətinin 23 üzvü olacaq. Əvvəlcə bu rəqəm 17 idi.
loading...