Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  • Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsində - Fotolar
  • Bu gün Dövlət Bayrağı Günüdür
  • 7 noyabradək telefon və kompüterdən uzaq durun! - XƏBƏRDARLIQ
  • “100 yaşın mübarək, şanlı Azərbaycanım!”devizi altında ədəbi-bədii gecə keçirilib
  • Dünyanın ən böyük limanının açılışı: ilk uçuş Bakıya... - Video
  • Zəngilanın işğalından 25 il ötür
  • Qoşqar Hacıyev komadan ayıldı - VİDEO
  • Yağş Şimali Qafqazı viran qoyur: 6 ölü, minlərlə ev... - Video
  • Tarixi torpaqlarımız – Göyçə ,Zəngəzur,İrəvan …
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • 03 Mrt 2018, 05:14   
        294
    Baba: Nəvəm çarpayıya bağlı vəziyyətdə yanıb

    Baba: Nəvəm çarpayıya bağlı vəziyyətdə yanıb
    ''Binaya yaxınlaşanda cəsəd yanığının iyi vurdu məni''

    “1 aya yaxındır ordaydı, gedən gündən “lomka”larına görə aradabir çarpayıya bağlayırlarmış. Orda eşitdik ki, elə çarpayıya bağlı vəziyyətdə yanıb”.

    Məcid Aslanovun nəvəsi Nicat da (narkomaniyadan müalicə olunanların ad-soyadları qanunla anonim saxlanıldığı üçün şərti qeyd edirik) – martın 2-də Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğında həyatını itirib. Baba danışdıqca, göz yaşlarında boğulur. Deyir, gənc idi, ailə 3 ildən çox idi ki, Nicatı bu bəladan qurtarmaq üçün narkoloqlara, xəstəxanalara müraciət edirdi. Bu yaxınlarda isə Respublika Narkoloji Mərkəzə üz tutublar:

    “Dedik, bir bura da baş vuraq, bəlkə uşağı xilas edə bildik. Yaxşı uşaq idi, yaxşı rəssamlığı vardı, arada şeir yazırdı. Qoşuldu, korlandı. Ancaq gənc idi, düşünürdük, hələ qayıda bilər. Hamının sevimlisiydi, indi yığışmışıq “morq”un həyətindəyik, uşağın yanmış cəsədini gözləyirik (xəttin o başında ağlayır).

    Hadisədən necə xəbər tutduqlarından danışır:

    “Yox, zəng vurmadılar. Qonşular bilir ki, Nicat ordadı. İnternetdən oxuyub qaça-qaça gəldilər ki, şəkillər çəkib qoyublar, ora yanır… Getdik, binaya yaxınlaşanda cəsəd yanığının iyi vurdu məni…” (danışa bilmir).


    Nicatın ailə üzvləri özlərini Mərkəzə çatdıranda yanğın söndürülmək üzrə imiş, binadakı meyitlərin çıxarılması prosesi gedirmiş:

    “Binanı görəndə dizlərimiz qatlandı, yerə oturduq. Bildik ki, ordan sağ çıxmaq mümkün deyil. Bildik ki, Nicat da gedib… Dedilər, xəstələr çıxarılıb, ölülər “morq”a aparılıb. Siyahı istədik, uşağımız hansı siyahıdadı, soruşduq. Dedilər, siz “morq”a gedin”.

    Rəsmi məlumatlara görə, yanğın hadisəsi xəstəxananın daimi yataq xəstələrinin müalicə olunduğu 2-ci şöbəsində baş verib. Yanğın güclü olduğuna görə, yanğınsöndürənlər xəstələri xilas etmək üçün binaya daxil ola bilməyiblər. Ancaq xəstələrin yaxınları deyir ki, əslində yanğınsöndürənlərin binaya daxil ola bilməməsinin səbəbi qapıların kilidli olmasına görəymiş. Rəsmi məlumata görə, yanğında 24 xəstə ölüb, 30-dan çox xəstə xilas edilib. Tüstüdən boğularaq vəziyyəti ağır olan və başqa xəstəxanalara aparılan xəstələr var.

    Prezident İlham Əliyev də hadisə yerində olub və nazirlərə bəzi tapşırıqlar verib. Martın 3-də İlham Əliyev hadisə ilə əlaqədar Dövlət Komissiyasının yaradılmasına dair Sərəncam da imzalayıb.

    Respublika Narkoloji Mərkəzi 2011-ci ildə İlham Əliyevin fərmanı ilə yaradılıb. Mərkəzdə narkotiklərdən müalicə olunan azı 200 xəstənin olduğu bildirilir. Mərkəzin yerləşdiyi bina Sovet vaxtı tikilib və istismar müddətini çoxdan başa vurub. Rəsmi məlumatda yanğına səbəb qısaqapanmanın olduğu bildirilir. Ekspertlərin fikrincə, bu da düşünməyə əsas verir ki, Mərkəzdəki elektrik kabelləri qəzalı vəziyyətdədir.

    Xəstələrin yaxınları deyir ki, burada xəstələrlə görüş otağı, dəhlizlər qəzalı və antisanitariya vəziyyətindədir. Xəstələr özləri də onları ziyarətə gələn ailə üzvlərinə tez-tez binadakı dözülməz şəraitsizlikdən gileylənirlərmiş. Bu üzdən də əksər hallarda ailələr xəstəxanaya müalicəyə görə gətirdikləri xəstəni buradan müalicə başa çatmamış çıxarırlar.

    Səhiyyə Nazirliyindən Meydan TV-yə bildirilib ki, Maştağada Narkoloji Mərkəz üçün yeni bina tikilib. Yaxın vaxtlarda 4 korpusdan və 300 çarpayılıq yerdən ibarət olan bina müalicə üçün nəzərdə tutulmuş müasir avadanlıqlarla təchiz olunacaq, xəstələr oraya köçürüləcək.
    d9mc3ts4czbpr.cloudfront.net
    loading...