Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Körpə Niyə ” İNQƏ” Deyir? İNQƏ sözünün mənası bu imiş...İnanılmaz
  • ABŞ mediası Xocalıdan yazdı: “Boko Haram”ın vəhşilikləri...
  • "Erməni isə uşağın qışqıraraq ağlamasına məhəl qoymadan bıçaqla qulağını kəsib sırğanı götürdü" — Xocalı sakinləri danışır
  • “Bordo bereli”dən hücum: Hədəflər darmadağın edildi
  • Azərbaycanda prezidentliyə namizədlikləri təsdiq olunanların sayı 13-ə çatdı
  • Qadınları xoşbəxt etməyin YOLLARI
  • Afrində ən vacib döyüş: Ordu hazırdır...
  • Bəşəriyyətdən gizlədilən 5 gizli kəşf - Video
  • Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adının verilməsi təklif edilir
  • Məktəbdə nələr baş verir: valideynlər danışdı - Video
  • Bayıldakı sürüşmə anının VİDEOSU
  • Şok tapıntı: Bu bakteriya qızıl istehsal edir
  • Xəzərdə qasırğa: NASA görüntüləri yaydı - Foto
  • Qarabağda azərbaycanlıların əsir düşərgələri - FOTO
  • Borçalını 2018-də nələr gəzləyir?
  • Türkiyə F-35 qırıcıları ilə Ermənistana zərbə endirəcək?
  • Alimlərdən bədbin proqnoz: 21-ci əsrin ortalarında...
  • Yeni müharibə başlayır? – Orduya əmr verildi
  • İsveçrə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
  • “Aprel seçkisindən sonra Əliyev Qarabağı azad edəcək” – Erməni ekspert
  • Qlobal faciə baş verə bilər
  • Növbədənkənar seçki qərarının - Əsas səbəbləri
  • Növbədənkənar seçki qərarının - Əsas səbəbləri
  • Azərbaycanlı polkovnik iranlı həmkarı ilə körpüdə - Foto
  • ABŞ-Rusiya savaşını yadplanetlilər dayandırıb - ŞOK
  • 12 Şub 2018, 19:57   
        89
     Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi


    2018-02-12
    XEBERTV.AZ xəbər verir ki, 12 fevral 2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi.
    Hesabat iclasında Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Habil Əzənmədov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları, rayonun iş adamları, ağsaqqqallar, gənclər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdi.
    İştirakçılar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
    Yığıncaqda birinci məsələ olan Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış edən Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev ötən 2017-ci ildə rayonda bütün sahələr üzrə görülən işlər barədə ətraflı məlumat verdi.
    M.Quliyev bildirdi ki, rayonumuzda 2017-ci ildə sosial-iqtisadi inkişaf sahəsində aparılan işlər, o cümədən dövlət başçısının rayonumuz üçün ənənəvi sahə olan pambıqçılığın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr uğurla həyata keçirilmişdir.
    Rayon üzrə 2015-ci ildə əkilən 3095 hektar sahədən 6362 ton, 2016-cı ildə 6040 hektar sahədən 12062 ton pambıq toplansa da, 2017-ci ildə 11351.8 hektar sahədə pambıq əkini aparılmış və 24762.0 ton məhsul toplanmışdır. Məhsul yığımına görə rayonumuz respublikada ikinci olmuşdur. Məhsulun becərilməsi və toplanması dövründə 20 minə yaxın insanın məşğulluğu təmin olunmuşdur ki, bunun da nəticəsində əhali 15 milyon manata yaxın gəlir əldə etmişdir.Pambıqçılıq sahəsində respublika üzrə əldə olunan nailiyyətlərdə qazandığı əmək uğurlarına görə rayonun Aşağı Cürəli kəndindən olan fermer Fazil Hüseyn oğlu Musayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2017-ci təsərrüfat ilində kənd təsərrüfatının inkişafında xidmətlərinə görə I dərəcəli “Əmək ordeni” ilə təltif edilmişdir. 2018-ci ildə qarşımızda pambıq əkinlərinin daha da genişləndirmək kimi şərəfli və məsuliyyətli vəzifələr durur. Məlumat üçün bildirirəm ki, hesabat gününədək mülkiyyətçilərlə emal müəssisələri arasında 8 min hektar pambıq əkininin müqaviləsi artıq bağlanmış, 6 min hektar sahədə şum işləri aparılmışdır. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
    Yeni yaradılmış “Yaşıl ada” Aqroparkında ötən dövrdə 10 min tonluq anbar və ofis binası tikilmiş, 8 km elektrik xətləri çəkilmiş, transformator quraşdırılmış,10 km-lik suvarma kanalı lildən təmizlənmiş, 6 km uzunluğunda çınqıl örtüklü yol çəkilmiş və 5 ədəd kənd təsərrüfatı texnikası alınmışdir. Hazırda 6,5 km beton kanalın çəkilişi işləri aparılır. Bu il aqroparkda min hektar ərazinin suvarılmasında müasir suvarma sistemi olan pivotların quraşdırılması nəzərdə tutulmuşdur. Həmçinin 3500 hektar ərazi üçün 21 km elektrik xətlərinin çəkilməsi üçün sənədləşmə işləri aparılır. 2017-ci ildə aqroparkda 435 hektar pambıq, 65 hektar buğda, 400 hektar qarğıdalı bitkisi əkilərək becərilmişdir. Hazırda həmin ərazdə 530 hektar sahədə buğda, 764 hektar sahədə isə arpa əkilmişdir. Bu il əlavə olaraq 300 hektar pambıq, bir o qədər sahədə qarğıdalı, 50 hektar soya və 50 hektar günəbaxan bitkisinin əkilməsi nəzərdə tutulmuşdur. “Aqroinvestment GreenFirm” MMC adlanan və 5000 hektar ərazini əhatə edən ikinci aqroparkda isə suvarma məqsədilə Araz çayından 54.2 km-lik qolun tikintisinin birinci hissəsi başa çatmış, hazırda kanalda beton üzlük çəkilişi işlərinə başlanılmışdır. 2018-ci ildə aqroparkda 450 hektar buğda və hər birindən 50 hektar olmaqla qarğıdalı, yonca, günəbaxan, şəkər çuğunduru və bostan məhsullarının əkilməsi nəzərdə tutulmuşdur.2017-cı ildə rayon üzrə mülkiyyətçilər tərəfindən 22.6 min hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır. Taxıl sahələrindən 79.8 min ton məhsul əldə edilmişdir. 2018-ci ilin məhsulu üçün isə 2017-cı ilin payızında 26.2 min hektar taxıl əkilmiş, bunun da 14.1 min hektarı bugda, 12.1 min hektarı isə arpa olmuşdur. Ötən 2017-ci ildə rayon üzrə iri buynuzlu mal-qara 41.3 min baş, xırda buynuzlu mal-qara isə 138.9 min baş təşkil etmişdir.
    Hesabat dövründə rayonumuzda ümumi məhsul buraxılışının həcmi 289.8 milyon manat olmuşdur ki, məhsul buraxılışının həcmində də kənd təsərrüfatının payı 111.6, ticarətdə 79.2, tikintidə 53.6, sənayedə 41.8, nəqliyyat və rabitədə 3.5 milyon manat təşkil etmişdir.
    2017-ci ildə əsas kapitala yönələn investisiyalar 59 milyon manat, pərakəndə əmtəə dövriyyəsi isə 237 milyon manat təşkil etmişdir. 1 yanvar 2018-ci il tarixə rayon əhalisinin sayı 102 min 400 nəfər olmuşdur ki, bu əhalinin də təqribən 47 min nəfəri iqtisadiyyatın müxtəlif sahələrində çalışanlardır. Adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2830 manat, orta aylıq əmək haqqı isə 295.4 manat olmuşdur. Hesabat dövründə rayon üzrə əhalinin gəlirləri 333.3 milyon manat, adambaşına düşən gəlirlərin həcmi isə 3255 manat olmuşdur. 2017-ci ildə rayon üzrə 125 fərdi yaşayış evi tikilmişdir. Məşğulluq Mərkəzi vasitəsi ilə 13 ailə özünüməşğulluq proqramları üzrə işə cəlb olunmuş, onlara 61 min manatlıq istehsal vasitələri verilmişdir.
    2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə 9.7 milyon manat, sənaye üzrə 2.1 milyon manat investisya cəlb olunmuşdur.Bundan əlavə, ötən il “Aqropark Yaşıl Ada” MMC-yə 1.2 milyon manat, digər xidmət sahələri üzrə isə 1.8 milyon manat investisya cəlb olunmuşdur.Özəl investisiyaların cəlb edilməsi rayonun iqtisadiyyatının inkişafına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsininə xüsusi təkan vermişdir. Bunun da nəticəsində 400-dən çox daimi iş yeri yaradılmışdır.2017-ci ildə “Muğan düyü” MMC rayonumuzda 1200 hektar torpaq sahəsini icarəyə götürmüş, yeni istehsal sahələrinin yaradılması məqsədilə 320 hektar sahədə çəltik, 100 hektar sahədə qarğıdalı və bir o qədər sahədə pambıq əkmişdir. MMC üzrə hazırda 100-ə yaxın vətəndaşımız işlə təmin olunmuşdur. Rayonumuzda yeni fəaliyyətə başlamış müəssisə “Azərtoxum” MMC 500 hektar sahədə qarğıdalı əkini aparmışdır. Bundan əlavə 11 istixana fəaliyyətə başlamışdır.
    2017-ci ildə rayonda sahibkarlığın inkişafına kömək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 62 sahibkara 1 milyon manat kredit verilmişdir. Hesabat dövründə görülmüş işlər nəticəsində rayonda 2647 yeni iş yeri açılmışdır.
    2017-ci ildə rayonumuzda tikinti və abadlıq sahəsində xeyli işlər ğörülmüşdür. Ələt-Astara mağistral avtomobil yolunda 546,8 min manatlıq, Biləsuvar-İran sərhəddi magistral avtomobil yolunda 72,7 min manatlıq yol təmir işləri aparılmışdır. Əliabad kəndinin mərkəzi küçəsində 2,0 km yol asfaltlaşdırılmışdır.Hazırda Bayraq Muzeyi və Gənclər Mərkəzinin tikintisində işlər sürətlə davam etdirilir.“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Zəhmətabad kəndində yerləşən su anbarından rayonun Bəydili və Xırmandalı kəndlərinə yeni su xətti çəkilmiş, Bəydili kəndində 25 ədəd, Xırmandalı kəndində isə 52 ədəd bulaq tikilib istifadəyə verilmişdir. Şəhər ərazisində kanalizasiya sisteminin tikintisi davam etdirlir. Həmçinin kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə salınmış ümumilikdə 4,5 km uzunluğunda şəhərdaxili yollara asfalt-beton örtük döşənmişdir. 830 kvadrat metr sahədə asfalt-beton örtüyün təmiri işləri aparılmışdır. Hal-hazırda küçələrin asfaltlaşdırılması və təmiri işləri davam etdirilir.20,5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 15,4 km olan Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun tikintisinə başlanılmışdır.Rayonda elektrik təsərrüfatının yaxşılaşdırılması məqsədilə ötən il 19 km yeni SİP kabel, 7.2 km məsafədə 10 KV-luq hava verilişi xətti çəkilmiş, 31 ədəd yeni elektrik transformatoru quraşdırılaraq istismara verilmişdir.
    2016-2017-ci tədris ilində rayonumuzun ümumtəhsil məktəblərini bitirmiş 742 nəfər məzundan 439 nəfəri ali məktəbələrə sənəd vermişdir. Onlardan 233 nəfəri müvəffəqiyyətlə imtahan verərək tələbə adını qazanmışdır. 20 nəfər məzun 600-dən, 46 nəfər isə 500-dən yuxarı bal toplamışdır. Bundan başqa, ümumtəhsil məktəblərinin 3 nəfər şagirdi Respublika fənn olmpiadasında 2 qızıl, 1 bürünc medal qazanmışdır.
    Rayonun 6 kəndində müasir tələblərə cavab verən yeni səhiyyə ocaqlarının tikilib istifadəyə verilməsi, göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynamışdır.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq rayonumuzda əhalinin tibbi müayinədən keçirilməsi işi ötən il mütəşəkkil qaydada təşkil edilmişdir. Belə ki, 64062 nəfər tibbi müayinədən keçmişdir. Əhalinin növbəti il üçün tibbi müayinədən keçirilmə işlərinə cari ilin fevral ayının 10-dan başlanılmışdır.
    2017-ci ildə rayonumuzda idmanın və bədən tərbiyəsinin kütləvi hal alması üçün bir çox işlər görülmüşdür ki, bu da gənclərimizin hədsiz sevincinə səbəb olmuşdur. İl ərzində rayonda mövcud olan İdman Kompleksindən,stadionlardan, sadə idman qurğularından səmərəli istifadə edən gənc idmançılarımız müxtəlif turnir və yarışlarda fəal iştirak edərək yeni-yeni nailiyyətlərə imza atmışlar. Rayonda gənclər və idman sahəsində əldə olunan uğurlar bizi sevindirir.
    Rayonun Çaylı kəndində 9600 yerlik inkubator sexi istifadəyə verilmişdir. Bağbanlar kəndində 9670 metr şor kolllektor lildən təmizlənmiş, Ağayrı kəndində isə 14.8 km kənddaxili yollar qeyri-hökumət təşkilatının köməkliyi ilə qum-çınqılla təmir edilərək abad vəziyyətə gətirilmişdir.
    Çıxışının sonunda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı niqtindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar rayon İcra Hakimiyyətinin geniş tədbirlər planı hazırlanmışdır.
    Tədbirlər planında Biləsuvar şəhərində və ayrı-ayrı kəndlərdə yeni salınmış yaşayış massivlərinin qazlaşdırılmasının başa çatdırılması, rayonun elektrik təsərrüfatının yenidən qurulması, yeni salınmış məhəllələrin tam elektrikləşdirilməsi, rayonun 6 kəndində modul tipli sudurulducu qurğularının tikilməsi, əlavə su xətlərinin çəkilməsi, şəhərdaxili, kənddaxili və kəndlərarası yolların təmiri və tikintisi, Sənaye məhəllələrinin yaradılması məqsədi ilə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
    Bundan əlavə əkin torpaqlarının şoranlaşmasının qarşısının alınması məqsədi ilə şor kollektorların lildən keyfiyyətli təmizlənməsinin aparılması, həmçinin suvarılmayan torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması, pivot sistemlərinin qurulması və genişləndirilməsi, pambıqçılığın inkişafının dəstəklənməsi, bu istiqamətdə əlavə işlərin görülməsi, rayonda taxılçılığın, tərəvəzçiliyin, heyvandarlığın inkişafının dəstəklənməsi, ailə fermer təsərrüfatlarının yaradılması, yerli turizmin inkişafı və digər məsələlər tədbirlər planında öz əksini tapmışdır.
    Cənab Prezident tərəfindən növbəti beş il üçün dövlət proqramının hazırlanması barədə verdiyi tapşırıq isə bir daha göstərir ki, regionlarımız bundan sonra da abadlaşacaq, sosial infrastruktun yenilənməsi daim diqqət mərkəzində olacaq, kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişaf etdirilməsi, Aqroparkların salınması, əhalinin məşğulluğunun təmin edilməsi və yeni-yeni iş yerlərinin yaradılması qarşıda duran əsas vəzifələrdən olacaqdIr.
    Ölkə başçısının proqram xarakterli çıxışını rəhbər tutaraq 2018-ci ildə və sonrakı illərdə də rayonumuzun sosial-iqtisadi inkişafını təmin edən tədbirlərin həyata keçirilməsini təmin edəcəyik.
    Hesabat iclasında Biləsuvar rayon Maliyyə idarəsinin rəisi Eldar Təhməzov, rayon Səhiyyə şöbəsinin müdiri Nizami Mehdizadə, rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov və ağsaqqallardan Akif Kazımov çıxış edərək fəaliyyət göstərdikləri sahələr üzrə görülmüş işlər barədə ətraflı məlumat verdilər və qarşıda duran vəzifələr müzakirə olundu.
    Hesabat yığıncağında Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov çıхış еdərək ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rеspublikаmızda ötən 2017-ci ildə görülən işlər barədə ətraflı məlumat verdilər, cənab Prezidentin tapşırıq və tövsiyyələrinə uyğun olaraq ölkəmizin inkişafı ilə bağlı 2018-ci ildə qarşıya qoyulan hədəfləri açıqladılar.
    Sonra Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar Biləsuvar rayon İcra Hakimiyyətinin tədbirlər planının təsdiqi barədə olan ikinci məsələ müzakirə edilərək qəbul olundu.
    Sonda rayonun ictimai-siyasi həyatında xidmətləri ilə fərqlənən insanlar təltif olundular. Ölkə başçısının 21 iyun 2017-ci il Sərəncamına əsasən təltif olunmuş Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının köməkçisi Pöhran Şahbazova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və rayon Veteranlar Təşkilatının sədri Məhərrəməli Kazımova “Veteranlar həmrəyliyi” medalı təqdim olundu.


     Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
     Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
     Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
     Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
     Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
     Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
     Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
     Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi
     Biləsuvar rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi



    mənbə.icra hakimiyyətin saytı
    loading...