Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür
  • "Miqrasiya prosesləri" ictimai birliyinin sədri, Aparıcı elmi işçı, Dossent yazıçı, alim, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü Fəridə Hicran Vəliyeva, "44 günlük müharibədən sonra" lahiyəsi ilə Avropaya üz tutur.
  • Ukraynada azı 249 mülki şəxs həlak olub - BMT
  • Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.
  • ŞOK İDDİA! Uşaq üçün dərman aldılar - GÖRÜN NƏ ÇIXDI VİDEO
  • Rusiya "İsgəndər”lərlə təlimlərə başladı
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • 19 Oca 2018, 21:09   
        671
    AZADLIGI İSTƏMİRƏM ZƏRRƏ- ZƏRRƏ, QRAM- QRAM…


    BAKI -XEBERTV.AZ
    20.01.2018 ADMİN 0AZADLIGI İSTƏMİRƏM ZƏRRƏ- ZƏRRƏ, QRAM- QRAM…
    Əsrlər boyu xalqımız öz azadlığı uğrunda mübarizə aparmış və bu yolda qorxmadan qurbanlar vermişdir. Hələ, VIII əsrdə Ərəb Xilafətinin işğalına qarşı döyüşən Babəkin başçılıq etdiyi Xürrəmilər hərəkatı dövründən biz bir xalq olaraq azadlığın,müstəqilliyin necə qiymətli,dəyərli olduğunu dərk etmişik. “Qırx il boyunduruq altında yaşamaqdansa, bir gün azad yaşamaq daha üstündür” deyən Babək o, zamanlar azadlıq ideologiyasının toxumunu səpənlərdən biri olmuşdur. Zaman keçdikcə dünyada böyük imperiyalar yarandı və bu impreiyalar bir çox xalqları öz əsarəti altına alaraq özlərini gücləndirməyə, öz siyasətlərini dikqtə etməyə çalışırdılar. Belə, imperiyalardan biri də Sovet imperiyası idi. 1918-ci ildə Şərqdə ilk demokratik parlamentli ölkə yaradan Azərbaycan Cumhuriyyəti 1920-ci ildə Qızıl ordu tərəfindən işğal edildi və Azərbaycanda Bolşeviklərin yaratdığı Sovet hökuməti qurulmağa başladı. 71 il davam edən bu quruluş nəhayət ki, 1991-ci ildə süquta yetdi. Hələ Sovet hakimiyyətinin əvvələrində o dövrün özünəməxsus ideolagiyasının tüğyan etdiyi dövrdə Azərbaycan ziyalılarının içərisində azadlıq deyə hayqıran və bu müstəmləkəyə “Yox” deməyi bacaran vətənpərvər oğullarımız oldu. “Oxu tar” deyən Mikayıl Müşfiq, ” Azadlığı istəmirəm zərrə -zərrə, qram-qram, qolumdakı zəncirləri qıram qıram” deyən Xəlil Rza Ulutürk, Əhməd Cavad, Hüseyn Cavidlər olmuşdur ki,bu şəxsiyyətlər öz canlarını qurban vermişdilər millətin azadlığı üçün. Xalqımız bu ideologiya ilə ruhlanırdı, qüvvətlənirdi və anlayırdı ki, nə vaxtsa bu ” zəncir” qırılacaq yenidən demokratik bir dövlət olacaq Azərbaycan. Nəhayət, 1988-ci ildə xalqımız azadlıq deyə meydanlara çıxdı, öz haqq səsini dünyaya yaydı. Lakin, uzun illər hökmranlıq edən qəddar bir imperiya asanlıqla bu azadlığı Azərbaycan xalqına vermək istəmirdi. Belə ki, 1990-cı ildə 71 il özünü ” Böyük qardaş” kimi millətə sırımağa çalışan bu imperiya öz çirkin və qəddar üzünü dinc, günahsız insanlara göstərdi. 1990-cı ilin Yanvar ayının 19-dan 20-nə keçən gecə Sovet qoşunları dinc əhalinin müqavimətini qırmaq üçün ağır texnikalarla Azərbaycanın paytaxtı Bakı şəhərində və digər regionlarda kütləvi qırğınlar törətdilər. Elə hadisənin səhəri gün Ulu Öndər heydər Əliyev Azərbaycanın Moskuvadakı sefirliyinə gələrək, orada yaşayan həmvətənlərimizlə görüşüb öz etirazını kəskin şəkildə bildirmişdir. Ulu Öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvarı bir ” Faciə” kimi rəsmi qaydada tanıtdırdı və hadisəyə düzgün siyasi qiymət verdi. O zaman silahlı orduya qarşı qorxmazlıq,cəsarətlik göstərən Azərbaycan xalqı bir daha göstərdi ki, bu xalq yenilməzdir, qəhrəmandır,vətənini,dövlətini canından, yaşamağından üstün tutan bir xalqdır. Bu gün bizim “Şəhidlər Xiyabanı” adlandırdığımız bir müqəddəs yerimiz var ki, biz orada uyuyan Şəhidlərimizlə fəxr edirik. Bəli,ona görə fəxr edirik ki, dünyada çox az xalq olar ki, onun “Şəhidlər Xiyabanı” olsun. Xalqın öz vətənini nə qədər çox sevdiyinin göstericisidir Şəhidlər Xiyabanı. Artıq 28 ildir ki,biz bu şanlı və şanlı olduğu qədər də qanlı olan tarixi xatırlayırıq anırıq. Biz bir xalq olaraq anlayırıq ki, vətən uğrunda ölmək bizim üçün şərəfdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin! Seyid Hüseyn Qədiroğlu / Xeberlenti.com
    loading...