Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda bir ilk: Deputat seçiciləri üçün şəxsi elektron kabinet yaratdı– VİDEO təqdimat
  • Telefonunuzdan təcili silməli olduğunuz 30 tətbiq – SİYAHI
  • Vanqanın 2020-ci il Proqnozları-VİDEO
  • “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
  • Həftənin ilk iş günü HAVA necə olacaq? - PROQNOZ
  • İlham Əliyev Şəhidlər xiyabanında
  • 20 Yanvar faciəsindən 30 il ötür
  • "Nuhun gəmisi"ndə fəlakət: Dünya HƏYƏCANLA İZLƏYİR (FOTO)
  • Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir
  • Sabah bu ərazilərə qar yağacaq
  • NASA-dan XƏBƏRDARLIQ - Bu gün saat 18:30-da...
  • “Səs versələr də, verməsələr də mən seçiləcəyəm”
  • Rəşid Mahmudov: Belə ziyalı, məmur nakişidir – VİDEO
  • Erməniləri Qarabağda gücləndirən Sara kimdir?
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • Türkiyə Parlamentində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verilib
  • Yağış, qar yağacaq, 8 dərəcə şaxta olacaq
  • Azərbaycan Prezidenti: Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir
  • Dünya yaranan gündən can alan Əzrailin ürəyi yandığı yeganə 2 şəxs kim idi?…
  • “Rusiyanın kərə yağı” adı ilə zəhər satırlar: Bu cinayət yox, soyqırımdır - SOS
  • Günəş sisteminin əsas sirri açılıb
  • Heydər Əliyev yanımdan keçəndə dedi ki... - Yusifzadə
  • Sahil Babayev: "On iki min şəhidimizin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş edilib"
  • İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb
  • Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir
  • 09 Oca 2018, 04:40   
        1 083
    Alpinistlərin itkin düşmə səbəbi açıqlandı - MÜŞAVİRƏ



    Alpinistlərin axtarışı aparılan dağlıq ərazidə vəziyyət çox riskli və təhlükəlidir. Orada hər an qar uçqunu baş verə bilər. Buna baxmayaraq, xilasedicilər alpinistlərin tapılması üçün əlindən gələni əsirgəmirlər. Axtarış heyətinin peşəkarlıq səviyyəsi yüksəkdir.

    XEBERTV.AZ xəbər verir ki, bunu Qubada dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarına cəlb olunmuş Avstriyanın Daxili İşlər Nazirliyinin dağ-xilasetmə sahəsi üzrə mütəxəssisi Adolf Herrer deyib.

    İtkin düşmüş alpinistlərin axtarışı ilə bağlı yaradılan qərargahda jurnalistlərin suallarını cavablandıran mütəxəssis bildirib ki, axtarış heyətinin apardığı araşdırmalara əsasən, alpinistlər Tufandağ istiqamətində hərəkətə başlasalar da, hava şəraitinin kəskin pisləşməsi səbəbindən müvəqqəti düşərgə qurublar. Ehtimal var ki, sonradan hava şəraitinə görə marşrutu dəyişiblər. İndi isə onların yerini təxmin etmək çətindir. Çünki alpinistlərin üzərində onların yerini texniki vasitələrlə müəyyənləşdirmək üçün lazımi cihazlar olmayıb. Həmin avadanlıqlar olsaydı, alpinistlərin tapılması asanlaşardı.

    Adolf Herrer axtarış aparılan ərazidə qalın qar örtüyünün olduğunu qeyd edib. Bildirib ki, Avstriya kimi dağçılıq idmanı inkişaf etmiş ölkələrdə belə, bu şəraitdə axtarışların aparılması riskli sayılır.

    Xatırladaq ki, Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir. Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edir. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.

    Publika.az
    loading...