Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Yadplanetlilər havaya suni peyk buraxdı - Elm adamları təsadüfən gördü / VİDEO
  • Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR
  • 400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR
  • Rumıniya və Moldova birləşir?
  • Bəla geri qayıdır – Qonşu ölkədə “Quş qripi” aşkarlandı
  • Azərbaycanlı qadınlar niyə əcnəbi kişilərlə evlənir?
  • Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...
  • Cəsur döyüşçü, şəhid dostum Həsənqulu Qasımovun məlahətli səsinə qulaq asın!
  • “3-cü dünya müharibəsi yağışlı bir gecədə başlayacaq və...” -Öz ölüm tarixini bilmiş öngörücü
  • Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
  • BƏDBƏXT HADİSƏ: Kəndir qırıldı və hərbçilər yerə çırpıldı - VİDEO
  • "Ağıllı" küçə işıqları - İzləyir, təhlükəni sezir, çəkir, internet ötürür
  • Ermənilərin olduğu təyyarə Bakıya məcburi eniş etdi
  • PREZIDENT MƏHKƏMƏ HAKIMININ SƏLAHIYYƏTLƏRINƏ VAXTINDAN ƏVVƏL XITAM VERDI - SƏRƏNCAM
  • Bu il üç dəfə Günəş tutulması baş verəcək
  • Bakı Meriyasının milyonçu “məmuru” - “Tender kralı” Ramazan Mirzəyev kimdir?
  • Vanqadan şok proqnoz: Fevral ayında bu bürclər pulun içində üzəcək- CƏMİ 3 BÜRC
  • Polislərin sayı ilə bağlı BÖYÜK MÜƏMMA: Dünyada ikinci yerdə Azərbaycandır?
  • Amerika səfirliyi yaxınlığında ŞÜBHƏLİ ƏŞYA - Bina mühasirəyə alındı
  • Çin müsəlman ölkəsində müharibə meydanı hazırlayır - Nüvə silahları İŞƏ SALINIR
  • Rus qızları niyə bu qədər GÖZƏL OLUR? - SİRLƏR AÇILDI
  • Bəylər diqqət!Hər 6 cütlükdən biri bu problemi yaşayır
  • Dünyanı məhv edəcək partlayış – 150 il başqa planetdə...
  • Rusiya açıqladı: Bu bazalara hücum edildi
  • Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edildi — SİYAHI
  • Bu sahibkarlar cərimələnəcək - 1000 manat

    06 Ock 2018, 08:07   
        83
    Bu sahibkarlar cərimələnəcək - 1000 manat



    Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması bir çox sahibkarı qorxuya salıb. Lakin burada sahibkarın qorxması üçün heç bir əsas yoxdur. Məsuliyyəti müştəri daşıyacaq.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri hüquqşünas Ərşad Hüseynov prezidentin imzaladığı “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” fərmana görə restoran sahiblərinin narahatlığından danışarkən deyib.

    Hüquqşünasın fikrincə, fərmandan sonra sahibkarlar obyektlərindən “siqaret çəkmək qadağandır” adlı lövhə assalar məsuliyyətdən yaxa qurtara bilərlər:

    “Yeni qanun obyekt (kafe, restoran, çayxana, müxtəlif iş yerləri, mağaza, istehsal sahəsi və s.) sahibləri üzərinə bircə vəzifə qoyub: Hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etmək. Belə yazı və işarədən sonra kimsə sizin obyektinizdə siqaret çəksə, məsuliyyəti yalnız o özü daşıyacaq, sizlik bir şey yoxdur.

    Siz yalnız həmin elanı və ya işarəni vurmamağa görə məsuliyyət daşıyırsınız”.

    Hüquqşünas bildirib ki, obyektindən “siqaret çəkmək qadağandır” yazılı məlumatlandırıcı lövhə asmayan fərdi sahibkar 400 manat, hüquqi şəxs isə 1000 manat cərimə oluna bilər.

    Ə.Hüseynov bildirib ki, sahibkarlar obyektlərinə müştəri cəlb etmək üçün sulu qəlyan və tütün məhsulları təklif etməsələr məsuliyyətə cəlb edilməzlər:

    “Sahibkarlara bildirmək istəyirəm ki, 18 yaşı çatmayanlara siqaret satmayın, siqareti reklam etməyin, heç kəsə sulu qəlyan təklif etməyin.

    Yeni qanun belə obyektlərdə xüsusi havalandırma sistemi ilə təmin olunan və ya açıq havada siqaret çəkilən yer yaradıla bilməsinə imkan verir. Bu necə yer olmalıdır məsələsinə isə Nazirlər Kabineti aydınlıq gətirəcək”.

    Hüquqşünas bildirib ki, heç kəs sahibkarın obyektini bu bahənə ilə yoxlaya bilməz. Çünki buna yoxlamaların dayandırılması barədə qanun icazə vermir.

    Qeyd edək ki, Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” fərman imzalayıb.

    İnzibati Xətalar Məcəlləsinin 212.1. maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər otuz manat məbləğində cərimələnəcəklər.


    Axar.az
    loading...