Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycana 33 sm qar yağdı
  • Tıxaclardan necə xilas olmaq mümkündür?
  • Vəkillər Kollegiyasına yeni sədr seçilir
  • Diqqət: Bu yollarda sürət həddi endirildi
  • TƏHLÜKƏ: 50 gün ərzində övladınızı öldürə bilər... - "Mavi balina" bəlası...
  • QƏNIRƏ PAŞAYEVANIN TƏHSİL NAZİRİ OLACAGI XƏBƏRİ YAYILDI - Son Dəqiqə!!!
  • Mikayıl Cabbarov vergilər naziri təyin edilib
  • Mixail Saakaşvili belə həbs edildi — FOTO
  • Azərbaycan 2 gün sonraya hazırlaşır - QAR YAĞACAQ!
  • İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”
  • Erməni əsirliyində olan bir qızımızın Azərbaycana məktubu
  • Bakıda neçə milyon adam yaşayır? (RƏSMİ)
  • Gözü beynindən böyük dəvəquşu, vurma cədvəlini bilən donuz... - QƏRİBƏ FAKTLAR - FOTO
  • Yuxu ilə bağlı inanılmaz həqiqətlər
  • Astroloji proqnoz - 4 dekabr
  • Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı
  • Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun - FOTO
  • Qatarda oturmaq üçün görün NƏ OYUNDAN ÇIXDI - VİDEO
  • Pedofili yaxaladılar –Rüsvay olduğu üçün başını... (Video)
  • NASA yadplanetlilərə görə məhkəməyə verildi - Sirrin üstü açılır
  • İsrail İranın hərbi bazasını bombaladı — GƏRGİN ANLAR
  • Günün şoku: Səudiyyə kralı erməni imiş – Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?
  • Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
  • 2024-cü ildə Marsa ilk insan gedəcək
  • Kompüterinizi bu üsulla format edin - VİDEO
  • Türkiyə, İsrail qəbul etmədi, bizim həkim isə öldürdü

    06 Ara 2017, 12:47   
        82
    Türkiyə, İsrail qəbul etmədi, bizim həkim isə öldürdü



    Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən və 5 gün sonra dünyasını dəyişən 20 yaşlı Ayşən Mirzəyeva ilə bağlı bəzi məqamlar məlum olub.

    Mərhumun qohumlarının Axar.az-a verdiyi məlumata görə, damarın hemangioması diaqnozu ilə əməliyyata girən A.Mirzəyeva bu əməliyyatdan öncə Türkiyə, İran, İsrail həkimlərinə də müraciət edibmiş. Şamaxı şəhərində yaşayan ailə müalicə üçün xaricə üz tutsa da, türkiyəli, iranlı və israilli həkimlər əməliyyatı boyunlarına götürməyiblər. Təhlükəli əməliyyat olduğunu bildirərək həkimlər bu riskə getməyiblər.

    Ailə bildirib ki, “Grand Hospital”ın həkimi invaziv radioloq İlqar Hüseynov əməliyyatı boynuna götürüb və ailəni arxayın edib ki, əməliyyatı uğurla yekunlaşdıracaq. Həkim ailəyə həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib.

    Ailə üzvlərinin sözlərinə görə, əməliyyat başlamazdan əvvəl xəstədə qıcolma baş verib, lakin həkim buna baxmayaraq, narxoz verib. Həmçinin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib, orada ilişib qalıb. Bu da 20 yaşlı gəncin komaya düşməsinə səbəb olub. Ailəni ən çox narahat edən məqam isə övladlarının komaya düşməsi ilə bağlı onlara 2 sutka sonra məlumat verilməsi olub.

    Ailənin ortancıl övladı A.Mirzəyevanın ölümünə səbəb olan həkim İ.Hüseynov isə hələ də tapılmayıb.

    Xatırladaq ki, Ayşən Mirzəyeva noyabr ayının 30-da "Grand Hospital"da damarın hemangioması diaqnozu ilə əməliyyata alınıb. Əməliyyatı invaziv radioloq İlqar Hüseynov aparıb. Proses zamanı damarın bağlanılması üçün istifadə olunan material Ayşən Mirzəyevanın beyninə gedib və qız komaya düşüb. 5 gün komada qalan 20 yaşlı gənc dünən dünyasını dəyişib.
    loading...