Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycana 33 sm qar yağdı
  • Tıxaclardan necə xilas olmaq mümkündür?
  • Vəkillər Kollegiyasına yeni sədr seçilir
  • Diqqət: Bu yollarda sürət həddi endirildi
  • TƏHLÜKƏ: 50 gün ərzində övladınızı öldürə bilər... - "Mavi balina" bəlası...
  • QƏNIRƏ PAŞAYEVANIN TƏHSİL NAZİRİ OLACAGI XƏBƏRİ YAYILDI - Son Dəqiqə!!!
  • Mikayıl Cabbarov vergilər naziri təyin edilib
  • Mixail Saakaşvili belə həbs edildi — FOTO
  • Azərbaycan 2 gün sonraya hazırlaşır - QAR YAĞACAQ!
  • İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”
  • Erməni əsirliyində olan bir qızımızın Azərbaycana məktubu
  • Bakıda neçə milyon adam yaşayır? (RƏSMİ)
  • Gözü beynindən böyük dəvəquşu, vurma cədvəlini bilən donuz... - QƏRİBƏ FAKTLAR - FOTO
  • Yuxu ilə bağlı inanılmaz həqiqətlər
  • Astroloji proqnoz - 4 dekabr
  • Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı
  • Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun - FOTO
  • Qatarda oturmaq üçün görün NƏ OYUNDAN ÇIXDI - VİDEO
  • Pedofili yaxaladılar –Rüsvay olduğu üçün başını... (Video)
  • NASA yadplanetlilərə görə məhkəməyə verildi - Sirrin üstü açılır
  • İsrail İranın hərbi bazasını bombaladı — GƏRGİN ANLAR
  • Günün şoku: Səudiyyə kralı erməni imiş – Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?
  • Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
  • 2024-cü ildə Marsa ilk insan gedəcək
  • Kompüterinizi bu üsulla format edin - VİDEO
  • “Heç olmasa, Şəhid ailələrinin pulunu verin, bizimkini sonra verərsiniz” – “Qanpulu”ndan nə xəbər?

    24 Kas 2017, 16:41   
        114
    “Heç olmasa, Şəhid ailələrinin pulunu verin, bizimkini sonra verərsiniz” – “Qanpulu”ndan nə xəbər?

    Uzun müddətdir ki, şəhid ailələrinə və Qarabağ əlillərinə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası” haqqında qanunla düşən vəsaitin – “qan pulu”nun ödənilməsi məsələsi müzakirə mövzusudur.
    Şəhid ailələri, Qarabağ əlilləri neçə müddətdir ki, müxtəlif dövlət orqanlarına, deputatlara müraciət edərək qanunla onlara çatacaq sığorta pullarını almaları üçün köməklik göstərmələrini xahiş edirlər. Bu insanlar məhkəmələr müraciət edərək öz haqlarını tələb ediblər. Hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə qədər gedib çıxıblar. Və Konstitusiya Məhkəməsi də bu pulun Şəhid ailələrinə, Qarabağ əlillərinə ödənilməsi üçün qərar qəbul edib. Amma məsələ hələ də həll olunmamış qalıb.

    Bir neçə gündür Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi müzakirə olunur. Bir sıra millət vəkilləri Şəhid ailələri, Qarabağ əlillərinin “qan pulu” məsələsini qaldırıb. Amma hələ də bu vəsaiti ödəyəcək rəsmi dövlət qurumlarından cavab yoxdur.

    QAZİLER.AZ saytı məsələ ilə bağlı bu problemi daim qaldıran təşkilatlardan biri “Qarabağ qaziləri” birliyinin sədri Ehtimad Əsədovun mövqeyini öyrəndi:

    “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunla Qarabağ müharibəsində şəhid olanların ailəsinə 11 min manat, Qarabağ əlillərinə isə əlilik dərəcələrindən asılı olaraq həmin məbləğin 80, 60 və 40 faizi həddində sığorta pulu ödənməlidir. Amma üstündə bu qədər vaxt keçməsinə baxmayaraq şəhid ailələri və Qarabağ əlilləri bu məbləği ala bilmirlər. Hətta elə şəhid ailəsi, Qarabağ əlili var ki, əllərində bu vəsaitin sığorta şirkəti tərəfindən ödənməsi barədə məhkəmə qərarı da var. Di gəl ki, “Azərsığorta” Dövlət Şirkəti müxtəlif bəhanələr gətirərək bu vəsaiti ödəməkdən boyun qaçırır. Bütün məhkəmə instansiyalarını keçən problem hətta Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumuna qədər gedib çıxıb. Konstitusiya Məhkəməsi Plenumu da bu vəsaitin şəhid ailələrinə və Qarabağ əlillərinə ödəməsi üçün 28 yanvar 2014-cü il tarixdə qərar verib. Amma “xırda” bir tövsiyə ilə – “Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

    Həmin qərar verilən andan bu günə qədər şəhid ailələri və Qarabağ əlilləri dəfələrlə Milli Məclisdə olub, çoxlu sayda millət vəkilləri ilə görüşüb problemin həllinə kömək istəyiblər. Lakin bu günə qədər heç bir nəticə olmayıb.

    Necə olur ki, gəbərib cəhənnəmə vasil olmuş işğalçı erməni əsgərlərinin ailələrinə hökumətləri 20 min dollara yaxın, əlillərinə isə 16 min dollar civarında vəsait verir, ancaq onlardan qat-qat güclü olan Azərbaycanımızda isə bu illərdir ödənilmir. Necə ola bilər ki, sənə verilən həyatı gedib Vətən, xalq yolunda qurban verəsən, ancaq dövlət sığorta pulunu ailəsinə verməyə? Axı onların tabutları ən müqəddəs varlığa, dövlət atributlarından ən yüksəyi olan bayrağa bükülərək son mənzilə götürülür! Axı elə həmin o müqəddəs bayrağı dövlət rəsmiləri öpüb gözünün üstünə qoyaraq şəhidin valideyninə, ailə üzvünə təqdim edirlər! Başımızın tacı olan şəhidlərimizin ailəsinə qarşı hörmətsizlikdir bu! Bu Azərbaycanımız adına, millətimiz adına yaxşı hal deyil! Belə olmaz axı!

    Artıq yüzlərlə Qarabağ müharibəsi əlili, Şəhid valideyni, xanımı dünyasını dəyişib. Onlar həmin vəsaitləri ala bilmədilər! İndi həmin insanların övladları böyüyür, onların qarşıda təhsili, ailə qurmağı var. Bu vəsait onların xeyir işində yardımçı ola bilər. Hazırda həmin ailələrin buna çox böyük ehtiyacı var.

    Dəfələrlə demişik, biz Qarabağ əlilləri razıyıq, bizim vəsaiti şəhid ailələrindən sonra verərsiniz, amma təki başımızın tacı olan şəhid ailələrinin pulunu verin. Birdəfəyə verə bilmirsiniz?! Yaxşı hissə-hissə verin, amma verin! Şəhid analarını, xanımlarını, balalarını görəndə utanırıq! Onların gözünün içinə baxa bilmirik! Açığı, söz tapmırıq onlara deməyə!

    Yeri gəlmişkən, bir sıra millət vəkilləri var ki, cəmiyyətə açıqdırlar. Onlarla dəfələrlə görüşüb bu insanların problemlərini müzakirə etmişik, dərdimizi demişik. Onlar da böyük məmnuniyyətlə bizi dinləyiblər, problemin həlli üçün əllərindən gələni ediblər. Parlamentdə dərdimizi, acımızı dilə gətirənlər də onlardı. Milli məclisin sessiya və komissiya iclaslarında büdcə müzakirəsi zamanı problemi gündəmə gətirən dəyərli millət vəkillərimiz Hadı Rəcəbliyə, Qənirə Paşayevaya, Zahid Oruca, Vahid Əhmədova, Məlahət İbrahimqızına, Siyavuş Novruzova, Flora Qasımovaya, Fazil Mustafaya, Azay Quliyevə, Adil Əliyevə və digərlərinə dərin təşəkkürümüzü bildiririk. Ümumiyyətlə, bu problemin həlli üçün tək millət vəkilləri yox, hamı çalışmalıdır. Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Nazirlər Kabineti araşdırma aparmalıdır, maliyyə mənbəyi tapmalıdır ki, bu problem birdəfəlik öz həllini tapsın”.
    loading...