Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • "WhatsApp”dan növbəti yenilik
  • “Facebook”-da yazdığınıza fikir verin, daha silə bilməyəcəksiz
  • ŞOK İDDİA: Yadplanetlilər dünyaya qayıdacaq – FOTO+VİDEO
  • Yuxudan duran kimi çarpayını yığmaq olmaz: səbəblər sizi şoka salacaq - VİDEO
  • Üzüklər haqda BİLMƏDİYİNİZ FAKTLAR
  • Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA
  • 2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? - Şərq təqvimi üzrə PROQNOZ
  • Dirçəliş Günü həm də 200 min Qərbi azərbaycanlının qovulduğu gündür...
  • İnanılmaz parça: qışda isti, yayda sərin
  • Bu azərbaycanlının ifası yadplanetlilərə göndərilib – ARAŞDIRMA
  • Bundan bütün evlərdə var, amma ÖLÜMCÜL fəsadlarından xəbərsizsiniz! – ARAŞDIRMA
  • Azərbaycanda 9 ballıq zəlzələ ola bilər - Ekspertdən xəbərdarlıq: "Evlər, yollar, körpülər, məscidlər..."
  • Azərbaycanın İrəvan şəhəri XVIII əsrdə
  • Şuşa və Xankəndidəki ermənilər gecəni bayırda keçirdi...
  • Azərbaycanda 2739 nəfər "Xalq" və "Əməkdar" fəxri adlarına görə təqaüd alır
  • Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
  • Göyçayda ənənəvi nar bayramı keçirildi

    07 Kas 2017, 16:19   
        41
    Göyçayda ənənəvi nar bayramı keçirildi


    Azərbaycanın dilbər guşələrindən olan Göyçay şəhərində ənənəvi nar festivalı keçirildi. Festivalda ölkəmizin tanınmış ziyalıları, elm xadimləri, zəhmətkeş insanlarla yanaşı xarici ölkə vətəndaşları, diplomatik korpusun nümayəndələri də iştirak edirdi.
    Şəhərin küçə və meydanları bayramsayağı bəzədilmişdi.Tədbiri rayon İcra Hakimiyyətinin Başçısı Mehdi Səlimzadə açdı.O, 12-ci dəfə təşkil edilən bayram şənliyinin rayon zəhmətkeşlərinin həyatına müsbət təsirindən danışdı. Qeyd etdi ki, "Gülöyşə", "Şıxbaba", "Vələs"kimi növlərilə məşhur olar Göyçay narı və ondan alınan şirələr nəinki MDB məkanında, hətta, onun hüdudlarından kənarda da sevilir.
    “AzGranata” Zavodunun direktoru, 12-ci Nar festivalının sponsoru Fərhad Əhmədov şəhərin mərkəzində ucaldılmış Nar abidəsinin açılışını bildirən lenti kəsdi. ABŞ-ın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Robert Sekuta, Respublika Milli Onkoloji Mərkəzinin baş həkimi, Tibb üzrə Fəlsəfə doktoru Azad Kərimli və başqaları bu əlamətdar gün münasibətilə rayon sakinlərini təbrik etdilər.
    Biz, şəhərin küçə və meydanlarında təşkil olunan sərgiyə baxdıq. Göyçay şəhər 3 saylı tam orta məktəbinin hazırladığı Nar simvolu, habelə, Göyçay İdarəetmə Texnologiya Kolleci tələbələrinin əl işləri diqqətimizi daha çox cəlb etdi. Kollecin tələbələrinin hazırladığı və Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə, Türkiyə-Azərbaycan dostluğuna, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, habelə, 20 Yanvar faciəsi və Xocalı soyqırımına həsr edilən sərgi ilə tanış olduq. Göyçay İdarəetmə və Texnologiya Kollecinin direktoru, Respublikanın Əməkdar müəllimi Xəlil Orucov dedi:
    -Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkə ərazisində aparılan quruculuq işləri Göyçay rayonunda da uğurla davam etdirilir.Əminik ki, ölkə ərazisində olan ictimai sabitlik, əmin-amanlıq iqtisadiyyatın daha da inkişaf etməsinə gətirib çıxaracaq.Biz, Nar festivalında Kollec tələbələrinin əl işlərini nümayiş etdiririk. Çox şadam ki, mən özüm də 12-ci dəfə keçirilən Nar bayramının iştirakçısıyam.
    Fazil Mustafa, Milli Məclisin deputatı:
    -Göyçayda keçirilən Nar bayramı münasibətilə bütün rayon zəhmətkeşlərini təbrik edirəm.
    Hacı Ədalət Məhərrəmov, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili:
    -Nar bayramına rayon İcra Hakimiyyətinin Başçısı cənab Mehdi Səlimzadənin dəvətilə qatılmışam.Sevinirəm ki, rayon zəhmətkeşlərinə öz məhsullarını tanıtmaq və satışını təşkil etmək üçün çox gözəl imkan yaranmışdır.
    Rauf Mirzəyev, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi Göyçay, Ağdaş, Ağsu, Zərdab və Ucar rayonları üzrə Departamentinin məsul əməkdaşı:
    -Diqqətlə fikir verdinizsə, insanların üzündə sevinc var. Göyçayda əsl bayram əhval-ruhiyyəsi hökm sürür.Təbii ki, göyçaylı olaraq, mən də sevinirəm.
    ...Göyçayda olduğumuz bir neçə saat ərzində musiqi sədaları altında insanların axın-axın bayram tədbiri keçirilən ərazini ziyarət etməsinə şahid olduq. Bayramınız mübarək olsun, əziz göyçaylılar!
    Şamil Sabiroğlu,
    Şamilə Şamilqızı,
    "fact-info.az" və "xebertv.az" İnternet Portallarının xüsusi müxbirləri.

    Göyçayda ənənəvi nar bayramı keçirildi
    Göyçayda ənənəvi nar bayramı keçirildi
    Göyçayda ənənəvi nar bayramı keçirildi
    Göyçayda ənənəvi nar bayramı keçirildi
    Göyçayda ənənəvi nar bayramı keçirildi
    loading...