Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Vanqadan Azərbaycan haqqında ŞOK PROQNOZ - "çoxlu qan, ağlayan uşaqlar görürəm" - VİDEO
  • Dünya mediası bu görüntülərdən danışır - VİDEO
  • Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub
  • "Samsung"un yeni qurğusu itən əşyaları axtaracaq
  • Türkiyəli deputat Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
  • Bürclər: 18 Oktyabr
  • Evdə oturub günəş sisteminə baxa biləcəksiniz
  • Dünyada ən son kim öləcək?
  • İş adamının qətlinin görüntüləri yayıldı - VİDEO
  • Ana 14 yaşlı qızının seks videolarını çəkib... -AZƏRBAYCANDA İYRƏNC ƏMƏL
  • Sabah qar yağacaq - Proqnoz
  • Nostradamusun 2018-ci il üçün 10 dəhşətli proqnozu – Terror, fəlakət, zəlzələlər…
  • Daha bir orta məktəb dərsliyində ermənilərlə bağlı yanlış məlumat - Tarixçi alim nazirliyin səhvini üzə çıxardı - FOTOFAKT
  • CİNSEL GÜCÜ ARTIRAN BİTKİLER
  • Diktator Avstraliyanı yer üzündən siləcəyi ilə hədələdi – ƏGƏR...
  • 38 il sonra məzarından çıxdığı iddia edilir… – VİDEO
  • Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatını Azərbaycan ödəyir
  • Xərçənglə bağlı daha bir faktın üstü açıldı
  • Bəylərin cinsi aktını artırmaq,cinsi zəiflik və spermatozoid sayı (%-i) az olanl
  • Amerika səmasında uçan əjdahanın VİDEOSU - SENSASİON İDDİA
  • NATO Avropadakı qoşunları Rusiya sərhədinə yığır: MOSKVADAN BƏYANAT
  • 2017-ci ilin ən yaxşı smartfonları - SİYAHI
  • Bu məhsul kişilərdə sonsuzluğa səbəb olur
  • Sabah saat 9-da Azərbaycanda nə baş verəcək?
  • Yer kürəsinin nəhəng göy cismi ilə toqquşma təhlükəsi var.
  • Xaçmaz MKS-nin 66 saylı Qaraqurdlu kənd kitabxana filialı “18 OKTYABR AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR” mövzusunda informasiya günü keçirdi.

    13 Ekm 2017, 12:07   
        53
    Xaçmaz MKS-nin 66 saylı Qaraqurdlu kənd kitabxana filialı “18 OKTYABR AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR” mövzusunda informasiya günü keçirdi.


    XEBERTV.AZ xəbər verir ki, 12 oktyabr 2017-ci il tarixdə Xaçmaz MKS-nin 66 saylı Qaraqurdlu kənd kitabxana filialında Azərbaycan Dövlət Müstəqilliyi günü ilə əlaqədar “18 OKTYABR AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR” mövzusunda informasiya günü keçirildi.Tədbiri açıq elan edən 66 saylı Qaraqurdlu kənd kitabxana filialının müdiri Şıxəliyeva Məlahət mövzu ilə əlaqədar ətraflı məlumat verərək bildirdi ki,müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə gətirdi ki, dövlətimiz bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.1991-ci il... Meydanlar kükrəyirdi. Azadlığın yaxınlaşdığını duyan xalq öz əzəli və əbədi arzusuna qovuşmaq, həmin tarixi anı tezləşdirmək üçün hər şeyə hazır idi. Bu xalq meydan hərəkatında bərkimiş, Yanvar qırğınını görmüşdü. İmperiyanın tankları da artıq azadlığa gedən yolun qarşısını kəsməyə qadir deyildi. Özünün istiqlal mübarizəsində neçə-neçə şəhid və qurbanlar vermiş Azərbaycan addım-addım, inadla müstəqilliyə doğru gedirdi.1991-ci ilin bir payız günü uzun-uzadı qızğın müzakirələrdən sonra “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bununla da Azərbaycanın tarixində yeni dövrün başlanğıcı qoyuldu.Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.Referendum bulleteninə bir söz yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?” Səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) və b. dövlətlər tanıdılar.Azərbaycanın BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) onun beynəlxalq aləmdə de-fakto tanınmasına başlandı. Məruzədən sonra mövzu ilə əlaqədar şerlər ifa edildi.Tədbirin sonunda iştirakçılar mövzu ilə əlaqədar sərgi materialları ilə və kitabxanaya daxil olan yeni ədəbiyyatla tanış oldular.


    Xaçmaz MKS-nin 66 saylı Qaraqurdlu kənd kitabxana filialı “18 OKTYABR AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR” mövzusunda informasiya günü keçirdi.
    Xaçmaz MKS-nin 66 saylı Qaraqurdlu kənd kitabxana filialı “18 OKTYABR AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR” mövzusunda informasiya günü keçirdi.
    Xaçmaz MKS-nin 66 saylı Qaraqurdlu kənd kitabxana filialı “18 OKTYABR AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR” mövzusunda informasiya günü keçirdi.
    Xaçmaz MKS-nin 66 saylı Qaraqurdlu kənd kitabxana filialı “18 OKTYABR AZƏRBAYCAN DÖVLƏT MÜSTƏQİLLİYİ GÜNÜDÜR” mövzusunda informasiya günü keçirdi.

    Sevda İsmayilova
    Xaçmaz Rayon Mərkəzi Kitabxanası,İnformasiya Resurs şöbəsi
    loading...