Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Erməni əsirliyində olan azərbaycanlı qadınların sayı açıqlandı
  • Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
  • Portağallı qış çayı - RESEPT
  • 2018-ci il bu telefonların ili olacaq - FOTO
  • Sarkisyan onunla Azərbaycan dilində danışan erməniyə “Deyəsən, keçmiş üçün darıxmısan… Mən də Azərbaycanca bilirəm” dedi – VİDEO
  • “Heç bir normal insan bunun əleyhinə ola bilməz”
  • Bu nəqliyyat vasitələri gömrük idxal rüsumundan azad edildi
  • Güllələnən 8 azərbaycanlı general .
  • Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllər üzrə 2018-ci ilin PROQNOZU
  • Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO
  • "Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili
  • Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
  • Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
  • " Aİ-92" benzin bahalaşıb 1 manat olacaq - Ekspertlərdən xəbərdarlıq
  • Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər
  • Dünyanın ən kiçik həbsxanası - FOTO
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • Şəhid ailəsini evindən küçəyə atıblar

    23 Mrt 2015, 20:54   
        173
    Şəhid ailəsini evindən küçəyə atıblar

    Ailənin əşyaları küçədə qalıb; Dövlət qurumları müharibə veteranının səsini eşitmir
    Mahir Salahov: “O mənzili öz halal pulumla almışdım, kiminsə evinə soxulmamışdım – haqqımı istəyirəm”
    Son illər bir neçə Qarabağ müharibəsi qazisi sosial problemlərin öhdəsindən gələ bilmədikləri üçün canlarına qəsd ediblər. Onlar baxımsızlıqdan, səhhətlərindəki problemlərdən, banklara olan kredit borcunu verə bilmədiklərinə görə, bəzən də məmur haqsızlığından bezərək intihara əl atıblar.
    Qarabağ müharibəsində öz sağlamlığını itirmiş xeyli qazimiz hazırda ciddi problemlərlə üz-üzədir. Onlardan biri də Salahovlar ailəsidir. Bakının Xətai rayonu, Natiq Əliyev küçəsi 10, mənzil 39 ünvanında 15 il öncə məskunlaşmış məcburi köçkün ailəsi evindən zorla küçəyə atılıb.
    Qubadlı köçkünü olan Mahir Salahov ailəsi ilə birgə 15 ildir ki, kirayədə yaşayır. O, bir vaxtlar məskunlaşdığı mənzildən çıxmaqdan imtina etdiyi üçün ev sahibi tərəfindən döyülüb. Mahir Salahova fiziki güc tətbiq edilib. Bu haqda o, özü bizə məlumat verdi. Dediyinə görə, ona və ailə üzvlərinə qarşı təzyiq göstərilib. Bundan sonra polis gücünə evdən çıxarılıb.
    M.Salahovun dediyinə görə, evinin əşyaları həmin gündən indiyədək binanın həyətində məhv olur. Hadisə 2011-ci ildə baş verib. Amma hələ də məsələ öz həllini tapmayıb.
    Mahir Salahov 2-ci qrup əlildir. Onun həyat yoldaşı Samirə Salahova isə Cəbrayıl rayonunda şəhid olmuş Əli Mahmudovun qızıdır. Bu ailənin iki azyaşlı uşaqları da var. Evlərindən zorla bayıra atıldıqları üçün ailə hazırda kirayədə qalır. Kirayə qaldıqları mənzil isə o qədər bərbad haldadır ki, balaca uşaqlarını ayağını 5 dəfə siçovul dişləyib.
    Ailə 1994-cü ildə Xətai rayonu, Natiq Əliyev küçəsi 10, mənzil 39 ünvanındakı mənzili pulla alıb. Bu haqda danışan Mahir Salahovun sözlərinə görə, ailəni müxtəlif bəhanələrlə oraya qeydiyyata almayıblar. Mənzili onlara satan İldırım Əliyev adlı şəxs uzun müddət Rusiyada yaşayıb. 2011-ci ildə isə yenidən Bakıya qayıdan İ.Əliyev mənzilin ona məxsus olduğunu deyərək, onları zorla evlərindən bayıra atdırır.
    M.Salahov deyir ki, onların şikayətlərinə baxan olmur: “Həyat yoldaşım gənc yaşında onkoloji xəstəliyə tutuldu və ağır əməliyyat keçirdi. Bütün bunlar hamısı onun əsəb sarsıntısı keçirməsinin nəticəsidir”.

    Körpə uşaqları ilə birlikdə küçədə qalan M.Salahov deyir ki, məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə (RİH), Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət ediblər. Lakin hər iki qurum məsuliyyəti öz üzərindən ataraq, ailəni Cəbrayıl və Qubadlı rayon İcra Hakimiyyətlərinə yönləndirib. Onlardan da heç birinin ailəyə faydası toxunmayıb.
    M.Salahov bildirdi ki, ona sadəcə normal mənzil lazımdır: "Mənim ailəm var. Birinci onları düşünürəm. İndi kirayədə qaldığım evin pulunu güclə ödəyirəm. Hansı ki, bu mənzil bərbad gündədir. Uşağın ayağını 5 dəfə siçovul dişləyib. İstəyim sadəcə normal mənzildir. Ya da öz mənzilimin geri qaytarılması... Mən o evi halal pulumla almışam, təmir etdirmişəm. Zorla kiminsə evinə soxulmamışam. İndi mən ailəmlə acınacaqlı vəziyyətdə yaşayıram. Qaçqınlar üçün evlər tikilib. Onlardan biri mənim haqqım deyil?
    İlham Əliyev öz çıxışında demişdi ki, "Bütün qurumlarda, dövlət və özəl qurumlarda müharibə veteranlarına çox böyük diqqət göstərilməlidir. Onları incitməməlidirlər, onların hüquqları pozulmamalıdır. Buradan həm dövlət, həm də özəl qurumlara öz göstərişimi verirəm. Veteranların işlə təmin edilməsində, onların sosial problemlərinin həllində ədalətsizlik qəti qadağandır. Ümumiyyətlə, ədalətsizliyə qarşı biz mübarizə aparırıq. O cümlədən qan tökmüş, vətəni müdafiə etmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlara xüsusi diqqət göstərilməlidir. Bu, dövlət siyasətidir, mənim tələbimdir. Hər şey ədalətli olmalıdır. Ədalət pozulanda, problemlər yaranır". Amma məmurlar bu sözlərin heç bir kəlməsinə əməl etmirlər".
    M.Salahovun qazi dostları da ona yardım etmək istəyirlər. Amma onların öz vəziyyəti ürəkaçan deyil:"Hamımız Qarabağda döyüşmüşük. Bədənimizdə qəlpələrlə gəzirik. Yarıadam sayılırıq. Üstəlik bizə qarşı edilən belə haqsızlıqları görəndə lap adama pis təsir edir. Qapı-qapı düşüb məmurlardan yardım istəyirik. Amma heç bir faydası yoxdur. Bizi adam yerinə qoymur məmurlar. Biz Mahiri çox yaxşı tanıyırıq, ailəsi üçün canından də keçər. Amma əlindən bir şey gəlmir. Həmişə bizi bir sual düşündürür. Əgər dövlət öz şəhidinin ailəsinə belə münasibət bəsləyirsə, məmurlar şəhid ailəsini, ağbirçəyi saya salmırlarsa, o zaman hansı haqq-ədalətdən danışmaq olar?"cia.az

    loading...