Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO
  • Azərbaycan dili Quql səsli axtarış sisteminə daxil edildi
  • NASA mütəxəssisi etiraf etdi: “UFO-lar dünyaya bu yolla gələcəklər”
  • Bu gün Ələkbərov Arifin Şəhadət günüdür
  • Bircə şamla isidilən hamamın SİRRİ
  • Votsap, Viber və Teleqram istifadəçilərinin diqqətinə!
  • Hakimiyyətdən nüvə zərbəsi ilə bağlı xəbərdarlıq: “Hansısa obyektin arxasında gizlənin, dərhal soyunun…”
  • “Rusiya Azərbaycan vətəndaşının öz tarixini öyrənməsinə imkan vermir”
  • “Türkiyə nüvə silahına sahib olmağa çalışacaq...” – Moskvadan qorxunc SSENARİNİN PROQNOZU
  • Dünyada ən böyük OLED displey yaradıldı
  • Xəbərdarlıq: Zərərli proqram təminatlarının sayı artdı
  • Toyuğun kəsib atdığımız bu hissəsi Çinə 50 milyon dollara satılır
  • Sevgilinizi düz seçmisiniz? Bunu öyrənməyin sadə yolu
  • Qəbirdə dirilən qız öz yas mərasiminə gəldi – ŞOK HADİSƏ
  • Şimali Koreya nüvə ölkəsinə nə vaxt çevriləcək? - Rəsmi Seuldan açıqlama
  • Amerikanın nüvə raketləri Azərbaycanda?
  • Rusiya Ermənistana xüsusi təyyarə göndərib
  • Yeni planet kəşf edildi - “Atatürk” adı verilə bilər
  • ABŞ-ın gizli xəritəsi tapıldı: Yeni terror dövləti yaradılır - PKK şimala nəzarət edəcək
  • Azərbaycan bu siyahıda birinci yerdədir
  • Yataqda ideal tərəf müqabiliniz - Bürclərə görə intim həyat
  • Vay-Faydan 100 dəfə sürətli texnologiya kəşf edildi
  • Rusiyadan Azərbaycanla sərhəddə xüsusi rejim
  • Kibrit belə hazırlanır - VİDEO
  • Rusiya 10 ilə elektromobillərə keçəcək
  • Zəhərlənən uşaqların sayı 119 imiş - Səbəb sudur+Video

    10 Haz 2017, 18:12   
        77
    Zəhərlənən uşaqların sayı 119 imiş - Səbəb sudur+Video

    Xəbər verdiyimiz kimi, Sumqayıtda uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.

    XEBERTV.AZ ARB-yə istinadən xəbər verir ki, son 3 gündə şəhərin Hacı Zeynalabdin Tağıyev, Novxanı kəndi, Saray və Ceyranbatan qəsəbəsində yaşayan 2-7 yaş aralığında olan 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər zəhərlənməyə səbəb kimi suyu göstərirlər.

    Nəvəsini xəstəxanaya gətirən Əkbər İsmayılov deyir ki, uşağın vəziyyəti su içən yerdə pisləşib: “Qızdırması qalxdı, ürəyi bulandı. Sistem köçürdülər, evə apardım, sonra əhvalı pisləşdi, yenidən gətirdim”.

    Valideyn Altay Əsgərov da qeyd edib ki, 99 faiz uşaqlarda eyni xəstəlikdir: “Qusma, qarıngetmə, yüksək hərarəti var. Hamısı sudandır, zəhərləniblər”.

    Səhiyyə Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları da xəstəxanada olublar. Uşaqlardan analizlər götürülərək laboratoriyaya göndərilib. Kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq.