Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ana Facebookda etdiyi, adi bir səhvə görə övladını həmişəlik itirdi - Ayıq olun!
  • Homoseksuallıq xəstəlik deyil, əxlaqsızlıqdır
  • Azərbaycanda manyak: polis hər yerdə onu axtarır - Foto
  • Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini yad edir
  • İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi
  • Erməni generalını qovan admiralın 20 Yanvarla bağlı AÇDIĞI ŞOK SİRLƏR
  • Paltarınızda bu varsa, deməli, sizi izləyirlər – Diqqət
  • Yadplanetlilər havaya suni peyk buraxdı - Elm adamları təsadüfən gördü / VİDEO
  • Bürcləri ağladan AĞLAGƏLMƏZ SƏBƏBLƏR
  • 400 il əvvəlki soyuqlar geri qayıdır: “BUZLAŞMA DÖVRÜ” BAŞLAYIR
  • Rumıniya və Moldova birləşir?
  • Bəla geri qayıdır – Qonşu ölkədə “Quş qripi” aşkarlandı
  • Azərbaycanlı qadınlar niyə əcnəbi kişilərlə evlənir?
  • Saçlarınız heç vaxt AĞARMAYACAQ, ƏGƏR...
  • Cəsur döyüşçü, şəhid dostum Həsənqulu Qasımovun məlahətli səsinə qulaq asın!
  • “3-cü dünya müharibəsi yağışlı bir gecədə başlayacaq və...” -Öz ölüm tarixini bilmiş öngörücü
  • Alimlərdən tövsiyə: ya vegeterian olun, ya da həşərat yeyin
  • BƏDBƏXT HADİSƏ: Kəndir qırıldı və hərbçilər yerə çırpıldı - VİDEO
  • "Ağıllı" küçə işıqları - İzləyir, təhlükəni sezir, çəkir, internet ötürür
  • Ermənilərin olduğu təyyarə Bakıya məcburi eniş etdi
  • PREZIDENT MƏHKƏMƏ HAKIMININ SƏLAHIYYƏTLƏRINƏ VAXTINDAN ƏVVƏL XITAM VERDI - SƏRƏNCAM
  • Bu il üç dəfə Günəş tutulması baş verəcək
  • Bakı Meriyasının milyonçu “məmuru” - “Tender kralı” Ramazan Mirzəyev kimdir?
  • Vanqadan şok proqnoz: Fevral ayında bu bürclər pulun içində üzəcək- CƏMİ 3 BÜRC
  • Polislərin sayı ilə bağlı BÖYÜK MÜƏMMA: Dünyada ikinci yerdə Azərbaycandır?
  • Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb

    04 Haz 2017, 03:12   
        143
    Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb

    Bakı sakinlərinin sahibsiz it, pişik problemi həllini tapmamış, daha bir problem meydana çıxıb. Bu dəfə tülkülər real təhlükəyə çevrilib. Hövsan qəsəbəsində 76 saylı məktəbin yaxınlığında yaşayanlar günlərdir evdən çıxmağa qorxurlar. Bundan bir neçə gün əvvəl isə Zığ qəsəbəsində Zeytunluq deyilən ərazidə tülkülərin peyda olması sakinləri qorxuya salmışdı.

    Hövsan sakini Aydın Səmədov deyir ki, sahibsiz it problem azmış kimi, indi də tülkülərin qorxusundan uşaqları məktəbə göndərə bilmirlər. “Günün günorta çağı məktəbdən qayıdan uşaqların qarşısına tülkü çıxır, belə vaxtlarda nə edəcəyimizi bilmirik. Məktəbə tək gedən uşaq özünü necə qoruya bilər?”

    Zığ qəsəbə sakini Nizami İsmayılov isə zeytunluqda toplanan tülkülərin gecələr həyətlərə girdiyini iddia edir. “Axşam hava qaralanda zeytunluq ərazisinə gəlin, it tülküyə, tülkü çaqqala qarışır. Tədbir görən olmur, narahatlıq keçiririk”.

    “Məktəbimiz dənizə yaxın ərazidə yerləşir, çimərlik ərazisində isə tülkülər çoxdur”,-bunu isə Hövsan qəsəbəsindəki 76 saylı məktəbdən deyirlər. Tülkülərin hələ ki məktəbin həyətinə qədər gəlməməsinə şükür edən müəllimlərin şagirdlərə ehtiyatlı olmalarını tövsiyə etməkdən başqa çarələri yoxdur.

    Vəhşi heyvanların, o cümlədən tülkülərin yaşayış məskənlərinə köç etməsi ilk növbədə quduzluq təhlükəsini artırıb. Heyvan dişləmələri ilə bağlı rəsmi statistika da təhlükənin gün keçdikcə artdığını sübut edir.

    Respublika Taun Əleyhinə Stansiyanın şöbə müdiri Rita İsmayılova virtualaz.org saytına tülkü dişləməsi ilə bağlı xəstəxana və poliklinikalara müraciətlərin daxil olduğunu söyləyib. “Bu ilin müvafiq dövrünün statistikası tam hazır deyil. Ötən il isə 17 minə yaxın adamı sahibsiz heyvan dişləyib. Bunun təxminən 2 faizi tülkü, çaqqal, ayı dişləməsidir. Qeydiyyata alınanların 90 faizi sahibsiz it dişləyib, qalan statistika isə pişik, siçovul dişləməsinin payına düşür”, - R.İsmayılova deyib.

    Rəsmi göstəricilərdən bəlli olur ki, heyvan dişləmələrinin sayı hər il əvvəlki ildən təxminən 10 faiz çox olur. Məsələn, ötən il heyvan dişləmələrinin sayı 2015-ci ilin statistikasından 12 faiz çox olub.

    Şöbə müdiri əlavə edib ki, tülkü də daxil olmaqla sahibsiz heyvan dişləməsi zamanı dərhal həkimə müraciət etmək lazımdır. “Həmin gün müraciət edib, təyin olunmuş sistem üzrə peyvənd vurdurmaq lazımdır. Heyvan quduz olsa belə, peyvənd vurdurmaqla quduzluğa yoluxmamaq mümkündür. Amma vaxtında müraciət edilməməsi və ya peyvəndlərin arasının kəsilməsi quduzluğa yoluxmağa səbəb olur. Ötən il 4 nəfər quduzluğa yoluxub. Araşdırma zamanı bəlli olub ki, həmin şəxslər vaxtında həkimə müraciət etməyiblər”, - R.İsmayılova söyləyib.

    Tülkülər itləri və pişikləri quduzluğa yoluxdura bilər. İsmayılova əlavə edir ki, buna görə də, heyvan hücumuna məruz qalanlar xəstəxanaya müraciət etmək üçün vaxtın önəmli olduğunu bilməlidirlər. Quduzluğun daha çox yay-yay mövsümündə qeydə alındığını da yada salaq.

    Bəs sahibsiz heyvanların, tülkülərin çoxalmasının səbəbləri nədir? Yaşıllıqların və otlaq sahələrinin məhv edilərək yerində çoxmərtəbəli binalar, fərdi yaşayış evlərinin tikilməsi səbəblər sırasındadır. Amma əsl səbəb həm də natəmizlik və tullantıların vaxtlı-vaxtında daşınmamasıdır. Müşahidələr göstərir ki, sahibsiz heyvanlar əsasən natəmiz ərazilərdə, ictimai iaşə mərkəzlərinin, sallaqxanaların yaxınlığında, ərzaq məhsulları tullantılarının daha çox atıldığı zibilxanalarda məskən salır. Sahibsiz heyvanlarla mübarizə aparmaq üçün ilk növbədə paytaxtın zibil problemini həll etmək lazımdır.

    Onu da xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən sahibsiz itlərə quduzluğa qarşı peyvənd vurulur, amma tülkülər peyvənd edilmir.

    Sahibsiz Heyvanlarla Mübarizə İdarəsindən suallara cavab verilməyib, belə görünür ki, problemdən onlar da xəbərdardılar, amma hansı səbəbdənsə həllinə çalışmırlar.


    Virtualaz.org
    loading...