• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Türkiyə ordusu Ermənistana girə bilər - Matevosyan



Türkiyə ordusu Ermənistana girə bilər - Matevosyan


Ermənistan hakimiyyəti Rusiyanın hərbi mövcudluğunu regiondan sıxışdırıb çıxarmaq üçün əlindən gələni edəcək.

XEBERTV.AZ  xəbər verir ki, bu sözləri erməni politoloq Benyamin Matevosyan deyib.

O, AB-nin Ermənistandakı mülki missiyasının rəhbəri Markus Ritterin Nerkin-Hand yaşayış məskəni yaxınlığında baş vermiş insidenti şərh edərkən Rusiya hərbçilərinin avropalı müşahidəçiləri bu istiqamətə buraxmadıqları iddiasına, eyni zamanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Rusiya hərbçilərini Nerkin-Hand kəndi yaxınlığında insidentin qarşısını almamaqda ittiham etməsinə münasibət bildirib.

“Rusiya qoşunlarının mövcudluğuna qarşı bəyanatlar təsadüfi deyil. Rusiya sərhədçilərinin qərargahı önündə etiraz aksiyaları planlaşdırılır və bu, daha böyük siyasətin bir hissəsidir, məqsəd regionda Rusiyanın təsirindən qurtulmaqdır. O ki qaldı Qriqoryan və Ritterin bəyanatlarına, müvafiq informasiya fonunun formalaşdırılması üçün ilkin şərtlər yaradır ki, bu da Ermənistanın bloka daxil olmayan respublika statusunu yeni Konstitusiyada möhkəmləndirmək niyyətindən xəbər verə bilər”, - o vurğulayıb.

Matevosyanın fikrincə, Ermənistanın heç bir hərbi bloka daxil olmamasının Konstitusiya dəyişikliyində əksini tapması 3-cü ölkələrin qüvvələrinin çıxarılmasını şərtləndirir ki, bu da Bakının əlinə işləyir:

“Rus sərhədçilərin Ermənistan-Türkiyə sərhədindən çıxarılması isə yalnız Türkiyəyə sərfəlidir. PKK ilə mübarizə bəhanəsi ilə Türkiyə Ermənistana qarşı hərbi əməliyyatlara başlaya bilər”.

O, Baş nazir Nikol Paşinyanın bu yaxınlarda verdiyi bəyanata istinad edərək bildirib ki, missiyanın vəzifələrinə digər məsələlərlə yanaşı, Rusiya və İran qoşunlarının hərəkətinə nəzarət də daxildir. O iddia edib ki, Rusiya və İran ona görə AB missiyasına qarşıdır.

Ekspert həmçinin Armen Qriqoryanın Ermənistanın sadə “təhlükəsizlik istehlakçısı” olmaq istəmədiyi, lakin Avropa Birliyinin mülki missiyalarına töhfə verməyə hazır olduğu barədə bəyanatını tənqid edib:

“AB indi təhlükəsizlik məsələlərində NATO-dan asılıdır. Biz gözəl ifadələr arxasında gizlənib, İranın narazılığına baxmayaraq, NATO-ya daxil olmaq arzusunu nümayiş etdiririk? Bu, məni ölkəmizin gələcəyi və ərazi bütövlüyü ilə bağlı narahat edir".





Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →