• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Türkiyə-Azərbaycan Universiteti Xankəndidə olacaq?



Türkiyə-Azərbaycan Universitetinin Azərbaycanın Xankəndi şəhərində yerləşəcəyi ehtimal edilir.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Axar.az-a özəl mənbədən verilən məlumatda bildirilib.

İddia edilir ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb və Elm və Təhsil Nazirliyinin mütəxəssisləri də bu məqsədlə Xankəndiyə gediblər. Yeni universitetin mövcud infrstrukturun bazası əsasında qurulması da nəzərdə keçirilir.

Nazirlikdən bu gün mövzu ilə bağlı açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqda anlaşma memorandumunu Prezident İlham Əliyevin 19 fevralda Türkiyəyə səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar imzalayıblar.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →