• 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 
  • 19:58 – Türkiyənin güclü zəlzələ silkələdi bu Şəhərdə dağıntılar var 
  • 19:53 – Konfrans Liqasında 1/4 finala yekun vurulur 
  • 19:46 – Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb” 

Bakıya qarşı çağırış edən Çernoviçə Doranın cavabı


Bakıya qarşı çağırış edən Çernoviçə Doranın cavabı

Tanınmış amerikalı sağçı Maykl Cernoviç X hesabında Azərbaycan-İsrail münasibətlərini tənqid edən tvit paylaşıb. Tvitdə deyilir: “İsrail xristianları öldürmək üçün müsəlmanları pilotsuz təyyarələrlə təmin etmək istəyirsə, bu, onun öz işidir. Amerikalı xristianlar İsrailə pul göndərməyi necə rasional hesab edirlər, çünki pulun bir hissəsinin xristianları etnik təmizləmə və soyqırımı üçün istifadə edəcəklər?”

XEBERTV.AZ Publika.az-a istinadən xəbər verir ki, Çernoviç tvitinə Azərbaycan-İsrail əlaqələri haqda dərc olunmuş yazının skrinini də əlavə edib.

Bu iddiaya tanınmış təhlilçi, öz təhlillərində Azərbaycanla bağlı obyektiv mövqedən çıxış edən Mayk Doran X səhifəsində İncildən sitat gətirməklə cavab verib:

“Ermənistan İranın müttəfiqidir. Ermənistanla Azərbaycan arasında baş vermiş yeganə soyqırımı isə Ermənistanın 1992-1993-cü illərdə həyata keçirdiyi soyqırımıdır. “Xristian milləti” ideyasının özü İranın müttəfiqinin bizi manipulyasiya etmək üçün istifadə etdiyi bidətdir. Qalatiyalılara 3:28: “Nə yəhudi var, nə ellin var, nə qul var, nə azad, nə kişi var, nə də qadın; çünki hamınız İsa Məsihdə birsiniz”.

1977-ci il təvəllüdlü M.Çernoviç tanınmış sağ baxışlı bloger, siyasi şərhçi, konspirolqodur. Özünü alternativ sağın liderlərindən biri kimi təqdim edir.

Vaxtilə Donald Trampın ardıcıllarından olub, hazırda ona qarşı çıxış edir, gender bərabərliyinə qarşıdır. “Pizzageyt” adı verdiyi qalmaqalla daha çox populyarlıq qazanıb. İddia edirdi ki, Demokrat Partiyasının rəhbərləri pedofillərdir.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →