• 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 
  • 23:47 – Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan 
  • 23:07 – Qırğızıstandan sonra Qazaxıstanda da “TikTok” qadağan edilə bilər 
  • 22:54 – Rusiya sülhməramlıları Qarabağdan Ermənistana getdi 

Azərbaycanda bu yol ödənişli olacaq - Qərar




Azərbaycanda bu yol ödənişli olacaq - Qərar


Nazirlər Kabineti “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolunun 129 kilometrlik hissəsinin ödənişli yol kimi müəyyən edilməsinə dair tədbirlər haqqında” qərar verib.

XEBERTV.AZ  -ın xəbərinə görə, qərara əsasən, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 fevral tarixli 3692 nömrəli Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.

Avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri:

- başlanğıc nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci kilometri;

- son nöqtəsi - M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun R-5 Qusar-Xudat avtomobil yolu ilə kəsişməsi.

Ödənişli avtomobil yolunun uzunluğu - 129 kilometr.

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 75-ci kilometri - Giləzi qəsəbəsi;

- M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 105-ci kilometri - Siyəzən rayonu;

- R-1 Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 1-ci kilometri - Gəndob qəsəbəsi;

- R-4 Quba-Xaçmaz avtomobil yolunun 19-cu kilometri - Xaçmaz rayonu;

- R-5 Qusar-Xudat yolunun 22-ci kilometri - Xaçmaz rayonu.



Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →