• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Zaxarovadan Paşinyana cavab



Zaxarovadan Paşinyana cavab

Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində bütünlüklə maraqlı olub və bu belə də qalır.

XEBERTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanın Bakı-İrəvan danışıqlar prosesində aktivliyinin azalması barədə bəyanatlarına dair suala cavab olaraq deyib.

"Biz regionda davamlı sülh və razılığın əldə olunması üçün hər şey edirik. Hansı aktivlik azalmasından söhbət gedə bilər ki, son bir neçə ay ərzində Rusiyanın iştirakı ilə ali və yüksək səviyyədə bir sıra təmaslar baş tutub. Gəlin, bunlardan üç ən mühüm olanını qeyd edək: mayın 25-də Moskvada üçtərəfli görüş, iyunun 2-də nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupun 12-ci iclası, mayın 19-da və iyulun 25-də Moskvada Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqlar. Budur sürətin azalması? Həqiqətin gözünün içinə baxmaq lazımdır. Ermənistan rəhbərliyinin nümayəndələri bir sıra mühüm məsələlərlə bağlı ikibaşlı mövqe tuturlar", - o, deyib.

Qeyd edək ki, bundan əvvəl Paşinyan Rusiyanın Ermənistan-Azərbaycan danışıqlar prosesində aktivliyinin "Ukraynadakı hadisələrlə əlaqədar olaraq azaldığını", son zamanlarda Qərb platformalarında görüşlərin üstünlük təşkil etdiyini deyib.

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →