• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Qocalmanın əsas səbəbləri - Alimlər açıqladı

İsveçrənin Bern Universitetinin alimləri qocalmanın əsas səbəbini açıqlayıblar.

XEBERTV.AZ   lent.az-a istinadən bildirir ki, onlar müəyyən edib ki, visseral qarın piyləri xroniki iltihaba səbəb olur. Bununla da yaşla bağlı xəstəliklərin inkişafı sürətlənir və orqanizmin müdafiəsi zəifləyir. Bu da qocalmanın əsas səbəbi hesab olunur.

Qeyd olunur ki, insanın solğunluğunda əsas rolu eozinofil leykositlər - bir növ immun hüceyrələr oynayır. Əvvəllər onların qan dövranı sistemində olduğuna inanılırdı. İndi elm adamları onları insanlarda və siçanlarda visseral yağda aşkarlayıblar.

İllər keçdikcə eozinofillərin sayı azalır, iltihablı makrofaqlar artır. Bədəndə visseral yağın çox olması ilə lökositlərin balanssızlığı meydana gəlir. Bu, allergik reaksiyaların, ağciyər xəstəliklərinin inkişaf ehtimalını artırır, parazitlərə qarşı müdafiəni zəiflədir və vaxtından əvvəl qocalmağa gətirib çıxardır.

Siçanlar üzərində aparılan təcrübələr zamanı məlum olub ki, gənc gəmiricilərdən qocalara eozinofillərin transplantasiyası iltihabın miqdarını azaldır. Nəticədə heyvanlar daha az xəstələnir, onların fiziki forması yaxşılaşır və immuniteti güclənir. Eozinofil transplantasiyası cavanlaşdırıcı təsir göstərir.

Oxşar təcrübələr hələ insanlar üzərində aparılmayıb. Yeni araşdırma zamanı nəticələr təsdiqlənərsə, alimlər insanı cavanlaşdırmaq üçün yeni üsullar tapa biləcəklər.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →