• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Erməni qubernatorun oğlu işçini güllələdi




 



Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan 46 yaşlı vulkanizasiya işçisini güllələyib.

XEBERTV.AZ  erməni mediasına istinadla xəbər verir ki, ötən gün T.Xaçatryan əvvəlcə şəhərin mərkəzində polislərdən birinin arvadını təhqir edib, daha sonra tərəvəz satıcısını döyüb. Axşam saatlarında isə Gorus rayon sakini olan vulkanizasiya işçisini güllələyib. Güllə onun əlinə dəyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Tiqran Xaçatryan axtarışa verilib.

İnsidentin səbəbi kimi isə T.Xaçatryanın qardaşının həbsi göstərilir. Bildirilir ki, 29 iyunda Ermənistan DİN Tavuşda əməliyyat keçirib və xeyli sayda vətəndaşı saxlayıb. Saxlanılanlardan biri də Zəngəzurun keçmiş qubernatoru Surik Xaçatryanın oğludur.

Axar.az




Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →