Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 11 May 2022, 12:10   
        140


    Köhnəni gətir, yenisini apar: Azərbaycanda avtomobillərin utilizasiyası üçün - TƏKLİF + FOTO

    Köhnəni gətir, yenisini apar: Azərbaycanda avtomobillərin utilizasiyası üçün - TƏKLİF + FOTO
    BAKI-XEBERTV.AZ
    11 İyn, 2022
    12:10

    Son vaxtlar paytaxt və ətrafında çoxsaylı tıxaclar müşahidə edilir. Mövcud vəziyyəti bu günlərdə ölkədə keçirilən “Formula-1” Azərbaycan Qran-prisi ilə əlaqələndirsələr də, tıxacın bir çox başqa səbəbləri də olur. Onlardan biri də tez-tez yollarda nasaz avtomobillərin anidən xarab olmasıdır.

    Bir avtomobilin yolda qalması bizə qəribə gəlməsə də, avtomobil yollarında bir nəqliyyat vasitəsinin sıradan çıxması ciddi tıxaclara səbəb ola bilir.

    Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal olunan və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin “Avro-4” ekoloji normalarına uyğunlaşdırılması barədə Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli qərarı var. Qərarın qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikasına idxal olunan nəqliyyat vasitələrinin buraxılış illəri ilə yanaşı, onların “Avro-4” ekoloji normalarına uyğun olması əsas götürüləcək. Avtomobillərin mənşə ölkəsinə və buraxılış ilinə görə zərərli tullantılarının ekoloji siniflərə uyğunluğu ilə bağlı cədvəl hazırlanıb və artıq səkkiz il bundan öncə “Avro-4” standartlarına uyğun olmayan avtomobillərin Azərbaycana idxalı dayandırılıb.

    Azərbaycana idxalına icazə verilən avtomobillərin təsnifatı məlumdur.

    Sürücüləri narahat edən məsələ isə ölkəyə avtomobil idxalında rüsumların, şərtlərin əlçatan olmamasıdır.

    Köhnə və ekoloji normalara uyğun olmayan avtomobillərin istifadədən çıxarılması üçün ölkəyə avtomobil idxalı ilə bağlı şərtlər normaldırmı?

    İqtisadçı, nəqliyyat üzrə ekspert Elşad Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, avtomobillərin idxalında ekoloji standartların tətbiq edilməsi dünyada da qəbul olunmuş bir təcrübədir:

    “Sözsüz ki, bu, ekoloji mühitin qorunması üçün müsbət nəticə verir. Lakin məsələnin başqa tərəfi var. Əgər belə məhdudiyyətlər qoyulursa, yeni avtomobillərin ölkəyə idxalı ilə bağlı şərtlər əlçatan olmalıdır. Necə deyərlər, yeniləri gəlməlidir ki, köhnələr sıradan çıxsın. Nəzərə almaq lazımdır ki, ölkədə lazımi həcmdə avtomobil istehsalı yoxdur. O zaman ölkəyə idxal edilən ekoloji standartlara uyğun avtomobillərə görə təyin edilən rüsumlar azaldılmalıdır. Təəssüf ki, bu gün idxal rüsumlarında qonşu ölkələrlə müqayisədə böyük fərq var.

    Məsələn, eyni istehsal ili olan, eyni model və eyni ekoloji standartlara cavab verən avtomobilin Gürcüstandakı qiyməti ilə Azərbaycandakı qiyməti çox fərqlidir. Azərbaycanda avtomobil idxalından əldə edilən və büdcəyə daxil olan vəsaitlər də o qədər böyük rəqəm deyil. Bu rəqəmlər ölkəmiz üçün çox da böyük məna kəsb etmir. Amma nəticədə bu məsələ alıcı, istehlakçılar üçün ağır yükə çevrilir”.

    Ekspert qeyd edir ki, bu çətinliklər insanları digər - ekoloji standartlara cavab verməyən avtomobilləri almağa sövq edir:

    “Əhalinin bir hissəsi digər avtomobillərə üz tutur və bu da tətbiq edilən qaydaların effektivliyini azaldır. Ona görə də ekoloji standartlara uyğun avtomobillərin ölkəyə idxalı ilə bağlı məsələdə bir sıra güzəştlər tətbiq edilməlidir. Hibrid avtomobillərin idxalı ilə bağlı güzəştlər ilin əvvəlindən nəhayət qəbul olundu. Bu gün bazarda ekoloji cəhətdən sağlam olmayan avtomobillərin sayı kifayət qədərdir. Əgər biz bu rəqəmləri azaltmaq istəyiriksə, digər kateqoriyalara aid olan avtomobillərin əlçatanlığını təmin etməliyik. Qadağalar və çətin şərtlərin tətbiqi bazarda avtomobillərin qiymət artımına da təsir göstərir. Çünki idxal şərtlərindən yararlana bilməyən vətəndaşlar bazara üz tuturlar, orada isə qiymətlər baha olur.

    Paralel olaraq avtomobil idxalı ilə məşğul olan şirkətlər də bu vəziyyətdən sui-istifadə edir. Bu da ölkədaxili süni qiymət artımına səbəb olur. Ona görə də ölkədə bu durumdan çıxmaq üçün stimullaşdırıcı alternativ yollar tapılmalıdır. Bundan təqribən beş il əvvəl ölkə başçısı yerli avtomobillərin istehsalının dəstəklənməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar vermişdi. Lakin həmin qurumların əksəriyyəti bu istiqamətdə keyfiyyətli iş ortaya qoya bilməyib. Bu gün yerli istehsal tələbata uyğun səviyyədə deyil”.

    E.Məmmədov ekoloji standartlara cavab verməyən köhnə avtomobillərin həm texniki cəhətdən, həm də hər-hansı qəza anında sərnişinlərə ciddi təhlükə olduğunu vurğulayır:

    “Həmin avtomobillər taraz işləmir. Qəzalar zamanı nə qədər zədələnmə, eləcə də ölüm halları baş verir. Bu da ciddi nüanslardan biridir”.



    Bəs utilizasiya məsələsi necə, bu mexanizm işləyirmi?

    Qeyd edək ki, Azərbaycan Prezidentinin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndində 2019-2020-ci illər üçün nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması nəzərdə tutulub. Proqramın icrası isə İqtisadiyyat Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və bir neçə digər quruma həvalə edilib.

    E.Məmmədov əlavə edib ki, ölkədə nəqliyyat vasitələrinin utilizasiyası məsələsi bu gün çox problemlidir:

    “Avtomobillərin xalq arasında “ölüxana”ya aparılmasını eşidirik. Lakin sonra baş verən proseslərdən, hansı mexanizmlərin tətbiq edilməsindən xəbərimiz yoxdur. Onu da deyim ki, sovet maşınlarının bir çoxunun metalının keyfiyyəti kifayət qədər yüksəkdir. Onların utilizasiyası, ölkədaxili təkrar emal sektorunda istifadəsi müsbət qiymətləndirilə bilər. Nəticədə onlar avtomobil kimi istifadə edilməsə də, utilizasiya edilərək müxtəlif istiqamətlərdə işə yaraya bilər”.

    Bir məqama da diqqət çəkək ki, əksər ölkələrdə adətən utilizasiya proqramında ilkin olaraq iki təklif olur – ya pul, ya da maşın. Siz köhnə avtomobilinizi gətirib, razılıq əldə edirsiniz. Həmin şəxs yeni avtomobil alanda onun adı artıq bazada olur. Yeni avtomobil alan zaman isə ya dövlət ona yeni avtomobilin müəyyən faizini ödəyir, ya da dövlət ondan aldığı köhnə avtomobilə görə pul verir.

    Bir başqa variant isə dövlət tərəfindən kredit təklifi ola bilər. Siz köhnə avtomobilinizi gətirirsiniz, dövlət sizə avtomobilinizin seqmentində bir avtomobil təklif edir. Təklifin ən önəmli tərəfi isə odur ki, kredit şərtləri ümumi bazardakı digər kredit şərtlərindən bir neçə dəfə aşağı ola bilər.

    Necə deyərlər, köhnəni gətir, yenisini apar...

    Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı layihə hazırdır və razılaşdırılması üçün dövlət orqanlarına təqdim olunub. Yerli mətbuata açıqlama verən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov qeyd edib ki, nəqliyyat vasitələrinin utilizasiyası üçün dövlət proqramında bu, bir bənd olaraq göstərilib və bu prosesi İqtisadiyyat Nazirliyi həyata keçirir. Layihənin təsdiqindən sonra bu istiqamətdə fəaliyyət davam edəcək.



    oxu.az
    Könül Cəfərli
    loading...