Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İyulun 20-dək yalnız bu sahələrin fəaliyyətinə icazə verilir - SİYAHI
  • Yeni seçilən deputatların mobil nömrələri - TAM SİYAHI
  • “Günəşsiz, dənizsiz, meyvəsiz qalan insanlar payızda “çökəcək”” – Həkim xəbərdarlıq edir
  • İlham Əliyev Trampa məktub göndərdi
  • Koronavirusun yayılmasına təsir edən amillər açıqlandı
  • Koronavirusa yoluxanlar bu halda həbs ediləcək - TƏBİB-dən XƏBƏRDARLIQ
  • Rayonlara gediş-gəlişə nə zaman icazə veriləcək? - Prezidentin köməkçisi açıqlayır
  • Bu şəxslərin icazəsi LƏĞV EDİLƏCƏK - RƏSMİ
  • Payızda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Xaçmaz Mərkəzi rayon kitabxanasında Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları dezinfeksiya tədbirləri gördülər.
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • Arizona ştatı COVID-19 səbəbi ilə yenidən karantinə qayıtdı
  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı
  • ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq - Dodaquçuqladan rəqəm
  • Cərimələr bu şəxslərə görə artırıldı – DYP
  • Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR: 1 iyuldan başlayaraq...
  • ABŞ pandemiyaya məhəl qoymayaraq, iqtisadi sahələri açır
  • Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım edib
  • Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR
  • 05 Oca 2018, 04:24   
        496
    Azərbaycanda bu avtomobillər 1500-4000 manata qədər bahalaşdı



    Azərbaycanda işlənmiş avtomobillərin qiymətində kəskin bahalaşma müşahidə edilir.

    XEBERTV.AZ -ın məlumatına görə bu barədə Unikal.org-un əməkdaşının avtomobil bazarında apardığı araşdırmaya görə, ili 1993-1999-cü il olan "Mercedes” markalı avtomobillərdə 1500-3500 manat arası bahalaşıb.

    3 ay əvvəl buraxılış ili 1998-ci il olan "Mercedes” E 220 –nin satış qiyməti 6500-7500 arasında dəyişirdisə, hazırda bu avtomobilin qiyməti 10500-11500 arasındadır.

    3 ay əvvəl buraxılış ili 1996-ci il olan "Mercedes” E 230 –nin satış qiyməti 5500-6500 olduğu halda, hazırda qiyməti 8500-9500 arasında dəyişir.

    3 ay əvvəl buraxılış ili 1997-ci il olan "Mercedes” C 180–nin satış qiyməti 6500-7500 civarında idisə, hazırda qiyməti 8500-11500 arasında dəyişir.

    3 ay əvvəl buraxılış ili 2007- ci il olan "Hyundai Sonata” satış qiyməti 10 000-11500 arasında dəyişirdisə, hazırda qiyməti 13500-14500 manatadır.

    Bununla belə, "Opel”, "Nissan”, "KİA”, "Lada” (VAZ) markalı avtomobillərdə də bahalaşma qeydə alınıb.

    Avtomobil alverçiləri qiymətlərin son 3 ayda artığını qeyd edir və buna səbəb kimi ehtiyat hissələrinin bahalaşmasını göstərirlər:

    "Avtomobillərin ehtiyat hissələri ölkəyə çox baha gətirilir. Bununla belə, avtomobil yağları, təkərlərinin qiymətində də bahalaşma var. Avtomobil satışa hazır edilməsi üçün məcburi ehtiyat hissələri yeniləndiyi üçün qiymətlərdə bahalaşma müşahidə olunur. Yanvar ayının 1-dən tətbiq olunan idxal gömrük rüsumunun artımı avtomobillərin qiymətinə daha kəskin təsir göstərəcək”.

    Mütəxxəsislər qiymətlərin bahalaşmasına baxmayaraq, bu sahədə durğunluğun da müşahidə edildiyini deyirlər: "Qiymətlər baha, alver isə yoxdur. Əvvəllər avtomobili olmayanlar, bazara tez-tez üz tuturdularsa, hazırda bazarda yalnız avtomobillərini barter edən, yaxud satıb, başqası ilə əvəzləyənlərə daha çox rast gəlinir”.

    Qeyd edək ki, Azərbaycana gətiriləcək minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu bu ilin yanvarın 1-dən artırılıb. Tətbiq edilən idxal gömrük rüsumu 2018-ci ilin yanvar ayının 1-dən 75%-ə qədər artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən mühərrik həcmi 1500 kubsantimetrdən böyük işlənmiş avtomobillər üçün hər 1 kubsantimetrə görə 1 dollar 20 sent, təzə avtomobillər üçün isə 70 sent idxal rüsumu alınacaq.
    loading...