Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
  • Portağallı qış çayı - RESEPT
  • 2018-ci il bu telefonların ili olacaq - FOTO
  • Sarkisyan onunla Azərbaycan dilində danışan erməniyə “Deyəsən, keçmiş üçün darıxmısan… Mən də Azərbaycanca bilirəm” dedi – VİDEO
  • “Heç bir normal insan bunun əleyhinə ola bilməz”
  • Bu nəqliyyat vasitələri gömrük idxal rüsumundan azad edildi
  • Güllələnən 8 azərbaycanlı general .
  • Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllər üzrə 2018-ci ilin PROQNOZU
  • Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO
  • "Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili
  • Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
  • Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
  • " Aİ-92" benzin bahalaşıb 1 manat olacaq - Ekspertlərdən xəbərdarlıq
  • Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər
  • Dünyanın ən kiçik həbsxanası - FOTO
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • "WhatsApp”dan növbəti yenilik
  • Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - 37 AZN (RƏSMİ)

    12 Kas 2017, 19:27   
        2094
    Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - 37 AZN (RƏSMİ)


    Son dövrdə avtomobillərin üzərinə vinil vurulması xeyli dəb halını alıb. Avtomobil sahibləri "4 çarxlı dostlarına" yeni rəng və dizayn vermək üçün bu xidmətdən istifadə edir. Bəs görəsən avtomobilin üzərinə vinil vurmaq üçün hansı prosedurdan keçmək lazımdır?

    BAKU.WS-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, avtomobilinə vinil vurdurmaq istəyən sürücü qeydiyyat imtahan şöbəsinə müraciət etməlidir:

    "Hansı formada vinilin vurulması razılaşdırıldıqdan sonra texpasportda (qeydiyyat şəhadətnaməsi) qeydiyyat aparılır. Avtomobilin qeydiyyatda olduğu qeydiyyat imtahan məntəqəsi üzrə prosedur həyata keçirilir. Bu sadə üsulla məsələni həll etmək olur".

    Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - 37 AZN (RƏSMİ)


    "Digesta” hüquq mərkəzinin rəhbəri, yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov isə BAKU.WS-ə açıqlamasında bildirir ki, avtomobilə vinil vurub rəngi dəyişdikdən sonra nəqliyyat vasitəsini sürmək olmaz: "Sürücü DYP-nin Dövlət qeydiyyat imtahan texniki baxış şöbəsinə getməlidir. Avtomobilin rəngi dəyişdirdikdən sonra nəqliyyat vasitəsini texniki baxışdan keçirmək üçün 20 manat, qeydiyyat şəhadətnaməsinin dəyişdirilməsi üçün isə 17 manat dövlət rüsumu ödəməlidir. Bu qaydalara əməl etməyən sürücüləri isə cərimə gözləyir".

    Ekspert qeyd edir ki, qanunla vinilin istifadə olunmasının qadağan edilmədiyini bildirir. Onun sözlərinə vinildən istifadə sürücülər üçün heç də sərfəli deyil: "Belə ki, vinil özü tez sıradan çıxdığı üçün sürücü əlavə xərcə düşür. Bundan başqa, vinil adətən "matovı" rəngdə olduğu üçün qarşıdan gələn avtomobilin sürücüsü gecə sizin nəqliyyat vasitənizi görməkdə çətinləşir".

    Avtomobilin vinillə rənginin dəyişdirilməsinin dövlət rüsumu - 37 AZN (RƏSMİ)


    "Avtostop" layihəsinin rəhbəri Tural Yusifli də bir müddət öncə avtomobillərə vinil vurulması proseduru ilə bağlı şərh verib. Onun sözlərinə görə, ümumiyyətlə sürücünün avtomobilə vurduğu rəng məhz onun seçimidir: "Vinil vurulması heç bir halda qadağan edilə bilməz. Bu qadağa müəyyən olunmuş qanun, standartla əsaslandırılmalıdır. Sadəcə yox deyə bilmərik. Vinil avtomobilin rəngini dəyişmək üçün istifadə edilən bir materialdır. Sürücü seçimini özü edir. Bu sürücünün seçimidir. Bu seçimə görə isə o, pul ödəyir. Bu seçimi isə DYP qanunla əsaslandıra bilmirsə, mütləq qeydiyyata almalıdır".

    Qeyd edək ki, avtomobilinizə vinil vurdurmaq istəyirsinizsə. 055 242-00-07 nömrəsi ilə əlaqə saxlayın. BAKU.WS-in adını çəksəniz endirim alacaqsınız.
    loading...