Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Vanqadan Azərbaycan haqqında ŞOK PROQNOZ - "çoxlu qan, ağlayan uşaqlar görürəm" - VİDEO
  • Dünya mediası bu görüntülərdən danışır - VİDEO
  • Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub
  • "Samsung"un yeni qurğusu itən əşyaları axtaracaq
  • Türkiyəli deputat Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
  • Bürclər: 18 Oktyabr
  • Evdə oturub günəş sisteminə baxa biləcəksiniz
  • Dünyada ən son kim öləcək?
  • İş adamının qətlinin görüntüləri yayıldı - VİDEO
  • Ana 14 yaşlı qızının seks videolarını çəkib... -AZƏRBAYCANDA İYRƏNC ƏMƏL
  • Sabah qar yağacaq - Proqnoz
  • Nostradamusun 2018-ci il üçün 10 dəhşətli proqnozu – Terror, fəlakət, zəlzələlər…
  • Daha bir orta məktəb dərsliyində ermənilərlə bağlı yanlış məlumat - Tarixçi alim nazirliyin səhvini üzə çıxardı - FOTOFAKT
  • CİNSEL GÜCÜ ARTIRAN BİTKİLER
  • Diktator Avstraliyanı yer üzündən siləcəyi ilə hədələdi – ƏGƏR...
  • 38 il sonra məzarından çıxdığı iddia edilir… – VİDEO
  • Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatını Azərbaycan ödəyir
  • Xərçənglə bağlı daha bir faktın üstü açıldı
  • Bəylərin cinsi aktını artırmaq,cinsi zəiflik və spermatozoid sayı (%-i) az olanl
  • Amerika səmasında uçan əjdahanın VİDEOSU - SENSASİON İDDİA
  • NATO Avropadakı qoşunları Rusiya sərhədinə yığır: MOSKVADAN BƏYANAT
  • 2017-ci ilin ən yaxşı smartfonları - SİYAHI
  • Bu məhsul kişilərdə sonsuzluğa səbəb olur
  • Sabah saat 9-da Azərbaycanda nə baş verəcək?
  • Yer kürəsinin nəhəng göy cismi ilə toqquşma təhlükəsi var.
  • Neftçalada istehsal olunacaq maşınlara alıcı axtarılır

    17 Eyl 2017, 17:01   
        168
    Neftçalada istehsal olunacaq maşınlara alıcı axtarılır

    Biz ixrac edə biləcəyimiz məhsul istehsal edə bilirik”

    Azərbaycanın “AzerMash” və İranın “Iran Khodro” şirkəti birgə istehsal etdikləri avtomobilləri Ukrayna, Rusiya və Mərkəzi Asiya bazarlarına tədarük etmək imkanlarını müzakirə edir. Bunu “AzerMash” şirkətinin təsisçisi Emin Axundov deyib.

    Ötən il iki şirkət arasında Neftçala sənaye zonasında birgə avtomobil zavodunun yaradılması barədə saziş imzalanıb. Layihənin dəyəri 15 milyon dollar qiymətləndirilir.


    Azərbaycan avtomobil istehsal edəcək

    E.Axundov deyib: “Bu gün artıq Ukraynadan bizim avtomobillərin bu ölkəyə tədarük edilməsi ilə bağlı təklif almışıq. Eləcə də Şimali Qafqaz (Rusiya), Tacikistan və Türkmənistandan olan şirkətlərlə bu barədə danışıqlar aparırıq”.

    Onun sözlərinə görə, “AzerMash” və “Iran Khodro”nun Azərbaycanda istehsal edilən avtomobillərin başqa ölkələrə tədarükü ilə bağlı böyük planları var:

    “Azərbaycan hökumətinin uğurlu siyasəti sayəsində biz ixrac edə biləcəyimiz məhsul istehsal edə bilirik. Bu, Azərbaycana imkan verəcək ki, İran avtomobillərinin başqa ölkələrə tədarükü üçün hab rolu oynaya bilsin”.

    Onun sözlərinə görə, hazırda zavodu idarə edəcək birgə müəssisənin qeydiyyatı məsələləri aparılır:

    “Birgə müəssisədə 75 faiz pay “AzerMash” şirkətinə, 25 faiz pay isə “Iran Khodro” şirkətinə məxsusdur. İran tərəfi zavod üçün lazımi avadanlığı Azərbaycana tədarük etməyi öhdəsinə götürüb. Biz isə zavodun tikintisini maliyyələşdirəcəyik. Bu, böyük layihədir və hazırda biz zavodun tikintisini yekunlaşdırmaq mərhələsindəyik”.

    Şirkət təsisçisi daha sonra əlavə edib: “Hələ ki ildə 5-6 min avtomobil istehsal etməyi planlaşdırırıq. Növbəti mərhələlərdə bu rəqəmi 10 minə çatdırmağı düşünürük. Bu gün zavodda 300 işçi çalışır, gələcəkdə həmçinin ştatı da artıra bilərik”.

    O, avtomobillərə böyük təlabat olacağını da qeyd edib və bildirib ki, həmin avtomobillər yüksək keyfiyyəti ilə seçilir.

    E.Axundov zavodda ilkin mərhələdə “Dena”, “Runna”, “Soren” və “Samand” markalı avtomobillərin istehsal edilməsinin planlaşdırıldığını bildirib. Bununla belə gələcəkdə istehsal edilən avtomobillərin spektrinin genişlənməsini də istisna etməyib.

    Qeyd edək ki, birgə müəssisənin avtomobil zavodu Neftçala Sənaye Parkında tikilir.

    Trend
    loading...