• 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 
  • 23:36 – Zirə" finalada - Video 
  • 18:48 – Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqladı 

Fransa universitetində Bakının siyasətindən danışıldı



Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva bu ölkənin nüfuzlu siyasi ali tədris mərkəzi “Science Po” Universitetində “Junior Diplomatic İnitiative” tərəfindən təşkil olunmuş “Rəqabət və kövrəklik arasında diplomatiya; Enerji diplomatiyası: problemlər, tendensiyalar və enerjinin gələcəyi” adlı konfransda çıxış edib.

XEBERTV.AZ  xəbər verir ki, səfir L.Abdullayeva konfransda Azərbaycanın enerji siyasətindən və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyindən danışıb. Bildirib ki, Azərbaycanın adı neftlə sıx bağlı olmasına baxmayaraq, ölkəmiz regionda yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqi üzrə liderdir və iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə verir. Azərbaycan böyük bərpaolunan enerji potensialına malikdir və hazırda alternativ enerjiyə uğurla keçid edən ölkə nümunəsidir.

Şaxələndirilmiş enerji balansı və tədarük bazarları hesabına Azərbaycanın dayanıqlı enerji müstəqilliyi ilə seçildiyini qeyd edən səfir ölkəmizin neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu bərpaolunan enerjinin ixracı ilə genişləndirməyi planlaşdırdığını diqqətə çatdırıb. O, Azərbaycanın Avropa üçün yaşıl enerji üzrə də yeni təchizat mənbəyi olması və enerji təchizatının diversifikasiyasına daha çox töhfə verə bilməsi imkanlarından söz açıb. Bu məqsədlə bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı və ixracı ilə bağlı həyata keçirilən və planlaşdırılan layihələr barədə məlumat verən səfir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verdiyini və verməkdə davam etdiyini vurğulayıb.

COP29-un bu il Azərbaycanda keçiriləcəyini deyən səfir qeyd edib ki, bu qlobal konfransa ev sahibliyi ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamıdır. Bu missiyaya uyğun olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib: “Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Azərbaycan yaşıl enerji iqtisadiyyatına verdiyi önəmi əməli fəaliyyətlərlə də sübut edir. Belə ki, Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyib. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensialı olan ölkələrdəndir”.

Səfir L.Abdullayeva müstəqilliyini bərpa etdikdən sonra torpaqlarının işğal edilməsi ilə çətin iqtisadi vəziyyətdə olan Azərbaycanın Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə yenidən dirçəldiyini, ölkədə “Əsrin Müqaviləsi”nin imzalanması ilə milli strateji inkişaf konsepsiyasının təməlinin qoyulduğunu və ölkə iqtisadiyyatının sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, uğurlu siyasət sayəsində Azərbaycan qısa müddətdə donor ölkəyə çevrilib.

L.Abdullayeva Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən, bu sədrlik çərçivəsində həyata keçirdiyi fəaliyyətdən, COVID 19 pandemiyası zamanı Afrika ölkələrinə yardımından danışıb.

Konfransda digər natiqlərin çıxışından sonra tələbələrin sualları cavablandırılıb.




axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →